Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkimlərin və əczaçıların elmi texniki tərəqqinin müasir səviyyəsində dünya və ölkənin təhsil standartlarına uyğun ixtisasartırma və kadrların yenidən hazırlanmasını təmin edən müəssisədir. İnstitut 20 noyabr 1935-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Xalq Səhiyyə Komissarlığının təşəbbüsü ilə yaradılmışdır. Bu dövrdə artıq Azərbaycanda Tibb İnstitutu mövcud idi və ölkə üçün xeyli ali təhsilli mütəxəssislər hazırlamışdır. Həmin kadrların ixtisasartırma və təkmilləşdirilməsi institutumuzda həyata keçirilirdi. Bu il Ə.Əliyev adına ADHTİ 90 illik yubileyini qeyd edir. Bu münasibətlə İnstitutda bir çox yubiley tədbirləri keçiriləcək, yubiley nəşrləri işıq üzü görəcəkdir.

Yeni Azərbaycan Partiyasının Yasamal rayon qərargahında Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilmişdir


15.10.2025

Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqil Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı” adlı tədbir keçirilib.



Həkim-terapevtlər üçün yeni “Allerqologiyada müayinə üsulları və immun xəstəliklərin diaqnostikası” adlı kurs keçirilmişdir


15.10.2025

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təqvim planına uyğun olaraq həkimlərin diplomdansonrakı təhsilinin Davamlı Tibb Təhsili konsepsiyası çərçivəsində təşkil edilməsinə böyük önəm verilir.



Azərbaycan Radioloqlar Cəmiyyətinin 5-ci Beynəlxalq Elmi-Praktiki Konfransı keçirilmişdir


14.10.2025

10-12 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Radioloqlar Cəmiyyətinin 5-ci Beynəlxalq Elmi-Praktiki Konfransı keçirilmişdir.



Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahovun institutda təhsil alan rezidentlərlə görüşü keçirilmişdir


13.10.2025

13.10.2025-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahovun institutda təhsil alan rezidentlərlə görüşü keçirilmişdir.



Əməkdaşımız Astanada "Qlobalizasiya şəraitində infeksion xəstəliklər: yeni çağırışlar və həllər" beynəlxalq konqresində çıxış etmişdir


13.10.2025

9-10 oktyabr 2025-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində "Qlobalizasiya şəraitində infeksion xəstəliklər: yeni çağırışlar və həllər" adlı İnfeksionistlərin IV Beynəlxalq Konqresi keçirilmişdir.



“Tibb elmlərinin tədrisi” adlı növbəti kurs təşkil olundu


13.10.2025

Tibb və sağlamlıq təhsili proqramlarının müasir yanaşmalara uyğun, sistemli şəkildə hazırlanması və yenilənməsinə daim ehtiyac duyulur.



Berlində Birləşmiş Avropa Qastroenteroloji Həftəsi (UEG Week 2025) keçirilmişdir


11.10.2025

Keçən həftə Berlində növbəti Birləşmiş Avropa Qastroenteroloji Həftəsi (UEG Week 2025) keçirilmişdir.



Əməkdaşımız San-Fransiskoda keçirilmiş “8th World Surgeons Congress 2025” beynəlxalq konqresində “2025 Award” mükafatına layiq görülmüşdür


10.10.2025

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının dosenti Məzahir Quliyev tərəfindən ...



NEKROLOQ


09.10.2025

Azərbaycan səhiyyəsinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının sabiq Səhiyyə Naziri, uzun illər Ə.Əliyev adına Azәrbaycan Dövlət Hәkimlәri Tәkmillәşdirmә İnstitutunun ...



“Uşaqlarda reproduktiv sistemin patologiyalarına və cinsi anomaliyalara multidissiplinar yanaşma” adlı konfrans keçirilmişdir


06.10.2025

4 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Tibb Universiteti və ...




Ə.Əliyev adına ADHTİ-nun Cərrahiyyə klinikası 20.03.1988-ci ildə Müalicə-məsləhət Diaqnostik Cərrahi Mərkəz kimi istifadəyə verilmişdir. Mərkəzin rəhbəri prof., t.e.d. Azad Ağa oğlu İsmayılov olmuşdur. 31.01.1992-ci ildə klinikanın rəhbəri Baş həkim adı ilə əvəz olunmuşdur.
26.08.1997-ci ildə mərkəzin adı dəyişdirilimiş və Ə.Əliyev adına ADHTİ-nun Cərrahiyyə Klinikası adlandırılmışdır. 1990-1998-ci illərdə klinikada baş həkim kimi N.Məmmədov çalışmışdır.



Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX