Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahovun institutda təhsil alan rezidentlərlə görüşü keçirilmişdir

13.10.2025

13.10.2025-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahovun institutda təhsil alan rezidentlərlə görüşü keçirilmişdir. Professor N.A.Pənahov rezidentlərə müraciətində institutun şanlı tarixindən danışmış, onun Azərbaycan səhiyyəsində xüsusi yeri olduğunu qeyd etmiş, burada çalışmış və hal-hazırda çalışan alim və mütəxəssislərin tibb elminə və praktik səhiyyə verdiyi töhfələrdən bəhs etmişdir. Bildirilmişdir ki, hal-hazırda Ə.Əliyev adına ADHTİ-nin müxtəlif kafedralarında 33 ixtisas üzrə 257 həkim-rezident təhsil alır. Onlarin yüksəkixtisaslı mütəxəssislər kimi hazirlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirirlər.
Rektor çıxışında bu il TQDK-nin keçirmiş oldugu rezidentura səviyyəsinə qəbul zamanı yüksək bal toplamış 3 nəfərin parodontologiya, oftalmologiya və plastic cərrahiyyə ixtisasları üzrə institutun rezidenturasına qəbul olunmasını xüsusi qeyd etmişdir. O, həmin rezidentləri - Elnur Əhmədov, Sabir Novruzov və Tovuz Adıyevanı təbrik edərək onlara uğurlar arzulamış və hər üçünü bu ilin dekabr ayında keçiriləcək institutun 90 illiyinə həsr olunmuş yubiley konfransına şəxsən dəvət etmişdir.
Sonra professor Nazim Pənahov qeyd etmişdir ki, əldə olunmuş nailiyyətlərə baxmayaraq rezidentura təhsilində də bir sıra çatmamazlıqlar var və onların aradan götürülməsi üzərində daimi iş aparılır. O, həmin çatmamazlıqları analiz edərək onların həllində rezidentləri də aktiv olmağa çağırdı.Rezidentlər tərəfindən olan istənilən təkliflərə həm rezidentura şöbəsinin,həm də rektorluğun həmişə açıq olduğu qeyd olundu.
Çıxışının sonunda rektor rezidentlərin vəzifə və öhdəliklərini xatırladaraq onların öz üzərlərində daim çalışmalı olduqlarını söylədi və onlara təhsillərində müvəffəqiyyətlər arzuladı.
Rektor professor Nazim Pənahov çıxışının ardınca rezidentlərin çoxsaylı suallarını cavablandırdı və bəhs edilən problemlərin həlli yollarını göstərdi.
Görüşdə institutun prorektorları t.e.d. Məhəmməd Davudov, dosent Rüfət Hüseynli, t.e.d. Adilə Rzayeva, rezidentura şöbəsinin müdiri Arzu Hüseynova və rezidentlərin kuratorları iştirak etdilər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX