Elmi Tədris İnformatika şöbəsi 2 imtahan zalından, 3 xidməti otaq və 1 server otağından ibarətdir. Şöbənin işçiləri kafedralarda olan məlumatların, testlərin, sayt üzərində çalışmaları, kompüter və avadanlıqların işlənib hazırlanmasında, proqramlaşdırması, tədris, online tədris, institutda olan konfranslarda aktiv fəaliyyət göstərirlər. Bununla yanaşı, kursu bitirmiş həkimlər ETİŞ-də imtahan verir. 1-ci imtahan zalında 22 ədəd kompüter, 2-ci imtahan zalında 14 ədəd kompüter yerləşir ki, bu da imtahan zamanı imtahana gələnlərin xidməti üçün fəaliyyət göstərir. Server otağında yerləşən serverlər imtahan proqramlarının çalışmasına fəaliyyət göstərir, ümumi binanın internet şəbəkəsi də məhz server otağından paylanılır və bununla yanaşı hər mərtəbələrdə 1 ədəd paylayıcı (switch) və bağlantı panelləri (patch panel) yerləşdirilmişdir. Elektron informasiya resursları əsasən adhti.edu.az saytı üzərindən həyata keçirilir. Burada ümumi məlumatlar, Tədris haqqında məlumatlar, Elmi fəaliyyətlər, E-Kitabxana, Video mühazirələr və s. kimi fəaliyyətlər həyata keçirilir. Bununla yanaşı sayt üzərindən işçilər haqqında məlumat əldə etmək olar. Saytda keçirilən dərslərə uyğun mövzular və testlər yerləşdirilir ki, bununla da həkimlər öz bilik və bacarıqlarının səviyyəsini artıra bilərlər.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|