Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
Etik Komitənin Əsasnaməsi.
Ə.Əliyev adına ADHTİ-nin “Etik komitəsi” (bundan sonra - EK) institutda insanların iştirakı ilə elmi tədqiqatların aparılmasında Ümumdünya Tibb Assosiasiyasının Helsinki deklarasiyasının (1964) etik prinsiplərinə uyğunluğu təmin etmək üçün yaradılmış ictimai qurumdur.
Etik Komitənin məqsədi
- tibbi tədqiqatlara cəlb edilmiş insanların hüquq və maraqlarının müdafiəsi;
- tibbi tədqiqat aparan mütəxəssislərin hüquqlarının müdafiəsi;
- klinik tədqiqatların beynəlxalq normalara uyğunluğunu etik qiymətləndirmək.
Etik Komitənin vəzifələri
- elmi tədqiqat işlərinin planlaşdırma və icra etaplarında tədqiqata cəlb edilmiş insanların hüquqlarının mühafizəsini qiymətləndirmək;
- tədqiqatın etik və humanizm prinsiplərinə uyğunluğunu qiymətləndirmək;
- tədqiqatlara insanların cəlb edilməsinin məqsədyönlü olmasını qiymətləndirmək;
- tbbi tədqiqatlarda ətraf mühitin çirklənməsinin minimuma endirilməsi.
Etik Komitədə ekspertizanın predmeti
- insanların cəlb olunduğu klinik tədqiqatların planları, protokolları və nəticələr.
Etik Komitənin fəaliyyəti
- EK mütəmadi iclaslarında aşağıdakı sənədlərin ekspertizasını həyata keçirir:
a) Tədqiqat zamanı qeydə alınan xoşagəlməz hadisələrin materialları;
b) EK-nın yaratdığı komissiyaların yoxlamalarının materialları;
c) Planlaşdırılan və yekunlaşmış elmi işlərin, elmi məqalələrin materialları.
Etik Komitənin məsuliyyəti
EK qəbul etdiyi qərarların obyektivliyi üçün məsuliyyət daşıyır.
Etik Komitəyə təqdim olunan sənədlər
- Tədqiqatın plan və proqramı
- Tədqiqata cəlb edilən (və ya edilmiş) insanların məlumatlı razılığı (planlaşdırma etapında maket, icra etapında tərtib olunmuş sənəd).
Etik Komitədə sənədləşmə
EK-nın iclasının protokolu;
EK-nın iclasının qərarı;
EK-nın qərarlarının qeydiyyat jurnalı.
Etik Komitənin tərkibi
EK 13 nəfərdən (sədr -1, sədr müavini-1, katib -1, üzvlər - 10) ibarətdir.
EK-nın tərkibini Ə.Əliyev adına ADHTİ-nin rektoru seçir və təsdiq edir, həmçinin üzvlərin fəaliyyətini də rektor dayandırır.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
Etik Komitənin tərkibi:
Komitənin sədri: Davudov Məhəmməd Mirabdulla oğlu - t.e.d., dosent, rezidentura üzrə prorektor
Komitə sədrinin müavini: İsmayilov İlqar Abid oğlu - ümümi və plastik cərrahiyyə kafedrasının assitenti
Katib: Mütəlibova Nigar Faiq qızı - t.ü.f.d., mikrobiologiya və epidemiologiya kafedrasının müdiri
Komitənin üzvləri:
1. Cavadzadə Samir Mirməmməd oğlu - t.e.d. professor, urologiya kafedrasının müdiri
2. Hətəmzadə Eldar Mürsəl oğlu - t.e.d., dosent, ailə təbabəti kafedrasının müdiri
3. Mirzoyev Ülvi Əhəd oğlu - t.ü.f.d., kardiologiya kafedrasının assistenti
4. Məmmədova Mərziyyə Yusif qızı - nevrologiya və klinik neyrofiziologiyan kafedrasının assistenti
5. Məhərrəmov Natiq Seyfəl oğlu - t.ü.f.d., mamalıq və ginekologiya kafedrasının assistenti
6. Babayeva Gülüstan Həmid qızı - t.ü.f.d., terapiya kafedrasının dosenti
7. Marinçenko Yelena Viktorovna - ə.ü.f.d., əczaçılıq kafedrasının baş müəllimi
8. Hüseynova Arzu Ramiz qızı - yoluxucu xəstəliklər kafedrasının assistenti
9. İsgəndərli Orxan Vuqar oğlu - psixiatr, EGE hospital
10. Heydərov Paşa Heydər oğlu - hüquqşünas
|