Şöbə müdiri
Abdullayeva Vəfa Vaqif qızı

Abdullayeva Vəfa Vaqif qızı 1976-cı ildə Bakıda anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetinin Tərcümə Fakultəsini bitirib. 2013-cü ilin yanvar ayından etibarən ADHTİ-nin Beynəlxalq Əlaqələr şöbəsində fəaliyyət göstərir.
Beynəlxalq əlaqələr şöbəsi 2009-cu ildə yaradılmışdır. Beynəlxalq əlaqələr şöbəsinin fəaliyyəti xarici ölkələrin elm, təhsil və praktik müəssisələri ilə əməkdaşlıq, birgə elmi-praktik konfranslar keçirmək, həkim və əczaçı kadrların qarşılıqlı mübadiləsi əsasında qurulmuşdur. Belə ki, şöbənin yaradıldığı gündən indiyə qədər Litva, Rusiya Federasiyası, Türkiyə və s. ölkələrin universitetləri ilə sıx əlaqələr yaradılmışdır. Bu dövr ərzində institutun 30-a yaxın əməkdaşı təcrübə üçün xarici ölkələrdəki universitetlərin klinikalarına ezam edilmişlər. Hal-hazırda Beynəlxalq əlaqələr şöbəsi digər xarici ölkələrlə də qarşılıqlı əməkdaşlıq sahəsində işlər görür.
İş nömrəsi: (+994 12) 5650422
E-poçt: azerdoc@yahoo.com
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|