Ə.Əliyev adına ADHTİ-nin Cərrahiyyə klinikası 20.03.1988-ci ildə Müalicə-məsləhət Diaqnostik Cərrahi Mərkəz kimi istifadəyə verilmişdir. Mərkəzin rəhbəri professor Azad Ağa oğlu İsmayılov olmuşdur. 31.01.1992-ci ildə klinikanın rəhbəri baş həkim adı ilə əvəz olunmuşdur.
26.08.1997-ci ildə mərkəzin adı dəyişdirilimiş və Ə.Əliyev adına ADHTİ-nin Cərrahiyyə Klinikası adlandırılmışdır.
1990-1998-ci illərdə klinikada baş həkim kimi N.Məmmədov çalışmış, 1998-ci ildən 2018-ci ilədək isə klinikaya professor Ş.H. Əliyev rəhbərlik etmişdir.
2001-ci ildən 2009-cu ilə kimi klinikada proktologiya kursu, 2009-cu ildən isə ümumi cərrahiyyə-II kafedrası yerləşmiş və kafedraya professor Ş.H.Əliyev rəhbərlik etmişdir. Cərrahiyyə klinikası Ə.Əliyev adına ADHTİ-nin elmi-praktik və klinik bazalarından biri olaraq əhaliyə yüksək səviyyəli cərrahi tibbi yardımın göstərilməsi sahəsində fəal iştirak edir. Hal-hazırda klinika ümumi və plastik cərrahiyyə kafedrasının bazasıdır. Kafedranın əməkdaşları tərəfindən klinikada tədris-müalicə-konsultativ iş aparılır. Müdavimlərin təhsili üçün klinikada lazımi şərait yaradılmışdır.
2013-cü il yanvar ayından institutun cərrahiyyə klinikasında əsaslı təmir bağlanmış, 27 dekabr 2013-cü il tarixində təmirdən sonra açılışı olmuşdur. 16 yanvar 2014-ci il tarixli 6 saylı “Plastik və rekonstruktiv cərrahiyyə klinikasının yaradılması barədə” əmrlə yanıqlar, travmalar və digər xəsarətlər nəticəsində meydana çıxan müxtəlif qüsürların cərrahi yolla müalicəsinin təşkili məqsədilə Ə.Əliyev adına ADHTİ-nin Cərrahiyyə klinilasının adı dəyişdirilərək Ə.Əliyev adına ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası adlandırılmışdır. 2018-ci il iyun ayından klinikaya t.ü.f.d. A.M.Məmmədov rəhbərlik edir.
13 iyun 2014-cü il Səhiyyə Nazirinin 55 saylı “Yanıqlı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi barədə” əmri ilə müxtəlif hadisələrlə bağlı xəstələrdə olan yanıqların kompleks müalicəsinin yaxşılaşdırılması, həmçinin bu cür xəsarətlər nəticəsində yaranmış qüsürların aradan qaldırılması məqsədi ilə Ə.Əliyev adına ADHTİ-nin Plastik və rekonstruktiv cərrahiyyə klinikasının tərkibinə yanıq şöbəsi də daxil edilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 28 may 2019-cu 146-k əmri ilə isə Ə.Əliyev adına ADHTİ-nin Plastik və rekonstruktiv cərrahiyyə klinikasının tərkibindən yanıq şöbəsi çıxarılmışdır.
Hal hazırda klinikada bütün növ plastik, rekonstruktiv eyni zamanda estetik cərrahi əməliyyatlar icra olunmaqdadır. Mütamadi olaraq klinikada elmi-praktik məşğələlər, plastik-rekonstruktiv cərrahiyyə üzrə seminarlar təşkil olunur.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX