Həkim-terapevtlər üçün yeni “Allerqologiyada müayinə üsulları və immun xəstəliklərin diaqnostikası” adlı kurs keçirilmişdir

15.10.2025

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təqvim planına uyğun olaraq həkimlərin diplomdansonrakı təhsilinin Davamlı Tibb Təhsili konsepsiyası çərçivəsində təşkil edilməsinə böyük önəm verilir. Bu konsepsiyaya uyğun olaraq ixtisasartırma kurslarına cəlb edilən müdavimlərin insanların sağlamlığının qorunması ilə bağlı həyata keçirilən tədbirlərdə ən müasir yanaşmalara dair bilik və bacarıqlarının artırılması üçün onlara geniş məlumatlar təqdim edilir. Bu zaman institut müxtəlif kafedralarında birğə mövzular üzrə fəaliyyət göstərərək müştərək dərslərin aparılması da geniş tətbiq edilir.
Bu tədris ilində institutun pediatriya və terapiya kafedraları ilk dəfə olaraq belə bir kursu gerçəkləşdirmişlər. Beləki, allerqologiya üzrə mütəxəssis, uzun illər böyük təcrübəyə malik olan pediatriya kafedrasının müdiri professor Rəqsanə Məmmədovanın rəhbərliyi altında yaxın günlərdə əməkdaşlıq haqqında imzalanmış müqaviləyə əsasən kafedranın yeni kliniki bazası olan “Liv Bona Dea Hospital”da həkim-terapevtlərə “Allerqologiyada müayinə üsulları və immun xəstəliklərin diaqnostikası” adlı kurs keçirilmişdir. Müdavimlərə allergik vəziyyətlər, onların diaqnostikası və müalicə prinsiplərinə dair həm nəzəri biliklər, həm də təcrübi bacarıqlar təqdim edilmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX