Azərbaycan Radioloqlar Cəmiyyətinin 5-ci Beynəlxalq Elmi-Praktiki Konfransı keçirilmişdir

14.10.2025

10-12 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Radioloqlar Cəmiyyətinin 5-ci Beynəlxalq Elmi-Praktiki Konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan radioloqları ilə yanaşı ABŞ, Türkiyə, Qazaxıstan, Belçika, İtaliya, Avstriya və Çin kimi ölkələri təmsil edən mütəxəssislərin iştirakı ilə geniş elmi proqram həyata keçirilmişdir. Proqramda radiologiya sahəsindəki son yeniliklər, innovativ texnologiyalar və müasir tibbi avadanlıqlar təqdim edilmişdir.
Konfransı giriş sözü ilə Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri Yunus Əfəndiyev açmışdır. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun prorektoru t.e.d. Adilə Rzayeva da çıxış edərək tədbir iştirakçılarını salamlamış və konfransın işində uğurlar arzulamışdır.
Tədbirdə Ə.Əliyev adına ADHTİ-nin şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının əməkdaşları aktiv iştirak etmişlər. Kafedranın müdiri dosent Arzu Nuriyeva konfransın 2-ci sessiyasının moderatoru olmuşdur.
Həmin konfransla eyni zamanda daha bir beynəlxalq tədbir -“Visiting Professorship Programme” çərçivəsində European School of Radiology (ESOR) ilə əməkdaşlıq əsasında əzələ-skelet sistemi radiologiyasına dair mühazirələr və praktiki sessiyalar da keçirilmişdir. Tədbirdə müxtəlif ölkələrdən dəvət edilmiş tanınmış radioloqlar iştirakçılarla öz elmi bilik və klinik təcrübələrini paylaşmış, praktikada rast gələn mürəkkəb məsələlərin həlli yollarını göstərmişlər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX