“Uşaqlarda reproduktiv sistemin patologiyalarına və cinsi anomaliyalara multidissiplinar yanaşma” adlı konfrans keçirilmişdir

06.10.2025

4 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Tibb Universiteti və Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Uşaqlarda reproduktiv sistemin patologiyalarına və cinsi anomaliyalara multidissiplinar yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirin əsas məqsədi uşaqlarda reproduktiv sistem pozuntularının və cinsi inkişafla bağlı anomaliyaların diaqnostikası və müalicəsində multidissiplinar yanaşmanın vacibliyini vurğulamaq, bu sahədə fəaliyyət göstərən mütəxəssislər arasında əməkdaşlığı gücləndirməkdən ibarət olmuşdur.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının müdiri professor Rəqsanə Məmmədovanın həmmoderator olduğu “Pediatrik endokrinologiya” panelində uşaqlarda yaş dövrlərindən asılı olaraq cinsi inkişafın xüsusiyyətləri, adrenogenital sistem pozğunluqlara pediatrın yanaşması, vaxtından əvvəl cinsi yetişkənlik, anadangəlmə adrenal hiperplaziya, mozaik Terner sindromu, eləcə də erkən cinsi inkişaf zamanı final boy proqnozuna müasir yanaşmalar kimi aktual mövzularda elmi çıxışlar edilmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX