Berlində Birləşmiş Avropa Qastroenteroloji Həftəsi (UEG Week 2025) keçirilmişdir

11.10.2025

Keçən həftə Berlində növbəti Birləşmiş Avropa Qastroenteroloji Həftəsi (UEG Week 2025) keçirilmişdir. Bir il ərzində keçirilmiş bütün qastroenteroloji tədbirlərin yekunu olan bu tədbir əslində təkcə Avropadan deyil, həm də digər qitələrdən olan daxili xəstəliklər, qastroenterologiya və cərrahiyyə ilə yanaşı, qidalanma üzrə mütəxəssislər, radioloq və onkoloqlar üçün də böyük elmi və klinik məktəbə çevrilmişdir. Həftədə hazırlanan və artıq çap edilmiş kliniki rəhbərliklərin (tövsiyələrin) təqdimatı baş tutmuşdur. Qastroenteroloji həftə diplomdan sonrakı tədrisdən başlayaraq həzm aparatının xərçəngi ilə bağlı suallar, o cümlədən skrininq problemləri məktəbi ilə davam etmişdir. Bu tədrisin daxilində isə TOGAS (Mədə xərcəngi skriningi üzrə Avropa layihəsi) proyektinə xüsusi yer ayrılmışdır.
Tədbirdə ölkəmizi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva və kafedranın qastroenterologiya ixtisası üzrə doktorantları Rəşad Həsənov və Emin Məmmədov 5 beynəlxalq layihə çərçivəsində elmi tədqiqatın nəticələrinə həsr edilmiş işlər ilə təmsil etmişlər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX