“Tibb elmlərinin tədrisi” adlı növbəti kurs təşkil olundu

13.10.2025

Tibb və sağlamlıq təhsili proqramlarının müasir yanaşmalara uyğun, sistemli şəkildə hazırlanması və yenilənməsinə daim ehtiyac duyulur. Ona görə də tibb təhsili verən müəssisələrin təlimçilərinin də təkmilləşdirilməsi mütəmadi olmalıdır. Bu məqsədlə Azərbaycanda 2024-cü ildən “Tibb tədrisçilərin inkişafı proqramı” həyata keçirilir. Həmin proqram çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun səhiyyənin təşkili və menecmenti, pedaqogika kursu ilə kafedrasında da “Tibb elmlərinin tədrisi” adlı kurs təşkil olunur.
Növbəti belə kurs 29.09.2025 - 10.10.2025-ci il tarixində baş tutmuşdur. Kursa institutun stomatologiya və üz-çənə cərrahiyyəsi, ailə təbabəti və ümumi cərrahiyyə kafedralarının müəllim heyəti cəlb edilmiş idi. Keçirilən kursda iştirakçılara tibbi tədris prosesində istifadə edilən müasir üsul və yanaşmalar, tədris planlarının hazırlanması və istifadə edilən vəsaitlər barədə geniş məlumatlar təqdim edilmişdir. Bununla yanaşı iştirakçıların təlim mövzularına dair əldə etdikləri bilik və bacarıqlarını praktiki məşğələlərdə nümayiş etdirməsi üçün hər birinin 15 dəqiqəlik videoçəkilişi də təşkil olunmuşdur. Kursun son günündə bu videoçəkilişlər nümayiş olunmuş, təlimçilərin və iştirakçıların rəylər və tövsiyələri səsləndirilmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX