Ə.Əliyev adına ADHTİ-nin anesteziologiya və reanimatologiya kafedrasının
08-12 dekabr 2014-cü il tarixində keçirdiyi “Regionar anesteziya üzrə treninq” mövzulu tematik təkmilləşdirmə kursu haqqında məlumat

16.12.2014

    08 dekabr 2014-cü il tarixindən başlayaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun anesteziologiya və reanimatologiya kafedrasında “Regionar anesteziya üzrə treninq” mövzulu tematik təkmilləşdirmə kursu keçirilmişdir. Kursda ölkənin müxtəlif xəstəxanalarında çalışan həkim anestezioloq-reanimatoloqlar iştirak etmişdir. Kursun əsas məqsədi həkim anestezioloq-reanimatoloqlarda spinal və epidural anesteziya texnikasına aid praktiki vərdişlərin formalaşması üçün treninq çalışmaların keçirilməsi olmuşdur. Bununla bərabər kurs zamanı spinal anesteziya və epidural anesteziyanın inkişaf mexanizmləri və klinikası, anesteziyanın ağırlaşmaları, onların müalicə və profilaktikası kimi aktual məsələlər müzakirə olunmuşdur. Spinal punksiyanın manual vərdişlərin formalaşması üçün spinal punksiya simulyatorundan (Lumbar Punkture Simulator II, Kyoto Kagaku Co., Ltd – Japan), epidural anesteziya texnikasına aid manual vərdişlərin formalaşması üçün epidural anesteziya simulyatorundan (Epidural Aneasthesia Simulator, Kyoto Kagaku Co., Ltd – Japan) istifadə olunmuşdur. 1 həftə (5 iş günü) davam olunan kurs 12 dekabr 2014-cü il tarixində sona çatmışdır.















Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX