24.01.2014

2014 cü ilin yanvar ayının 24-də saat 13-00-da Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Ə.Əliyev adına ADHTİ-nin rektoru t.e.d. N.A. Qasımov açdı. О, Əziz Əliyevin həyat və fəaliyyəti haqqındaçıxış etdi. Daha sonra konfransın elmi hissəsi başlandı. Aşağıdakı məruzələr edildi.
1. TekPot laparoskopik cərrahiyə: tətbiq imkanları və perspektivləri Müslümov Q.
2. Miokard infarktnın 3-cü beynəlxalq təsnifatı İbrahimov F.
3. Современные подходы к усовершенствованию ортодонтической помощи в Азербайджане Seyidbəyov O., Əliyev Z.
4. Uretranın strikturalarının müalicəsində daxili optiki uretrotomiyanın tətbiqi Cavad-zadə S., Abilov N.
5. Azərbaycanda cərrahlara laparoskopik metodikaların tədrisinin optimallaşdırılması Fəttah-Pur V.
Bununla da elmi-praktiki konfrans öz işini başa çatdırdı.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|