Ə.Əliyev adına ADHTİ beynəlxalq təhsil günlərini davam etdirir
06.11.2014
Ə.Əliyev adına ADHTİ beynəlxalq təhsil günlərini davam etdirir. Bu sıradan olaraq 2014-cw il Noyabr ayı ərzində həkim-dinləyicilər üçün aşağıdakı müxtəlif ixtisaslı xarici mütəxəssislərin mühazirələri təşkil olunmuşdur. Mühazirələr institutun auditoriyalarında keçirilir. Mühazirələr açıq təşkil olunur və digər tibb müəssisələrinin həkimləri göstərilən tarixlərdə tədbirdə iştirak edə bilərlər.
1) Dr. Rudolf Krause, cərrahiyə:
Noyabr ayının 5, 12 və 19-da
2) Dr. Leonard van Veen, şüa diaqnostikası:
Noyabr ayının 11, 18 və 25-də
3) Dr. Andreas Petropolous, pediatriya:
Noyabr ayının 12, 19 və 26-da
4) Dr. Kyriazis və Dr. Hauck, kardiologiya:
Noyabr ayının 6, 13, 20 və 27-də
5) Dr. Armstrong, Mama və ginekologiya:
Noyabr ayının 25-də
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|