“Regionar anesteziya üzrə treninq” tematik təkmilləşmə kursu haqqında MƏLUMAT
17.10.2014
Son vaxtlar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən tematik təkmilləşmə kurslarında həkim-mütəxəssislərin praktik peşə vərdişlərinin lazımi səviyyədə mənimsənilməsinə böyük diqqət verilir. Bu məqsədlə institut həkimlərdə müxtəlif tibbi-manipulyasiyaların icrası vərdişlərini aşılamaq üçün xüsusi simulyatorlar əldə etmiş və onlardan tədris prosesində geniş istifadə olunur. Bu cür simulyatorlar institutun pediatriya, terapiya, cərrahiyyə, travmatologiya və ortopediya, anesteziologiya və digər kafedralarında mövcuddur. Cərrahiyyə-1 kafedrasında artıq 2-ci tədris ilidir ki, sırf praktik yönümlü laparoskopik cərrahiyyəyə dair kurslar müvəffəqiyyətlə keçirilir və həkimlərin böyük marağına səbəb olmuşdur. 2014/2015-ci tədris ilində isə institutun anesteziologiya və reanimatologiya kafedrasında “Regionar anesteziya üzrə treninq” mövzulu tematik təkmilləşmə kursunun keçiriləcəkdir.
Kurs anesteziologiya və reanimatologiya şöbələrinin müdirləri və həkim anestezioloq-reanimatoloqlar üçün nəzərdə tutulmuşdur. Kurs regionar anesteziya sahəsində böyük iş təcrübəsinə və pedaqoji staja malik müəllimlər tərəfindən həyata keçiriləcək.
Kursun müddəti 1 həftədir (5 iş günü – 30 saat).
Kursun əsas məqsədi həkim anestezioloq-reanimatoloqlarda spinal, epidural punksiya və kateterizasiya texnikasına aid praktiki vərdişlərin formalaşdırılmasıdır. Manual vərdişlərin formalaşması məqsədilə müasir simulyatorlardan istifadə edilərək treninqlər keçiriləcək. Spinal punksiyanın manual vərdişlərinin formalaşması üçün spinal punksiya simulyatorundan (Lumbar Puncture Simulator II, KYOTO KAGAKU CO., LTD – Japan), epidural punksiya və kateterizasiyanın manual vərdişlərinin formalaşması üçün epidural anesteziya simulyatorundan (Epidural Anesthesia Simulator, KYOTO KAGAKU CO., LTD – Japan) istifadə olunacaq.
Bundan əlavə kurs zamanı spinal anesteziya və epidural anesteziyanın inkişaf mexanizmlərinə, klinikasına, ağırlaşmalarına, onların müalicə və profilaktikasına, habelə regionar anesteziyanın digər aktual məsələlərinə aid materialların dərindən öyrənilməsi də planlaşdırılır.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|