"Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" haqqında videoçarx hazırlanmışdır
06.12.2017
Məlum olduğu kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda davamlı tibbi təhsil sistemi 2017-2018-ci tədris ilindən bir neçə kafedrada pilot layihə formatında tətbiq olunur. Qarşıya çıxan sualları düzgün cavablandırmaq üçün Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirinin «Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə» 45 saylı 20 iyun 2017-ci il tarixli əmrinin icrasına dair videoçarx hazırlanmışdır. Həmin videoçarx institutun rəsmı saytında yerləşdirilir.
Hörmətli həkimlər, maraqlandıran hər hansı bir sualla bağlı institutun tədris şöbəsinə müraciət edə bilərsiniz.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.