“Kliniki anatomiya ilə operativ ginekologiya. Ginekologiyada qanaxmaların cərrahi dayandırılma metodları” beynəlxalq kursu başladı

05.12.2017

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar gedir, təhsilin yeni forma və metodları praktikaya daxil edilir.Bu istiqamətdə görülən işlər arasında beynəlxalq təhsilə xüsusi önəm verilir. Həmin sahədə Səhiyyə Nazirliyinin dəstəyi ilə atılan son addımlardan biri də Respublikamızda praktik səhiyyədə çalışan yüksək ixtisaslı əcnəbi mütəxəssislər heyətinin Ə.Əliyev adına ADHTİ-də keçirilən ixtisasartırma kurslarında tədris prosesinə cəlb olunmasıdır. 2014-cü ildən başlayaraq institutumuzun pediatriya, terapiya, kardiologiya, şüa diaqnostikası, mamalıq və ginekologiya kafedralarında ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Belçika, Avstriya, Danimarka, Niderland, Rusiya və Belorusiyadan gəlmiş yüksək ixtisaslı mütəxəssisləri təlabat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirirlər.
Son illərdə ana və uşaq sağlamlığı sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər sayəsində nəzərəçarpan nailiyyətlər əldə edilibdir. Ana və uşaq sağlamlığının qorunması üzrə 2014-2020-ci illər üzrə Dövlət Proqramı, Sağlamlıq 2020- Səhiyyə Nazirliyinin strateji planı çərçivəsində doğuşayardım xidmətində aparılan islahatlar ana və uşaq sağlamlığının yaxşılaşmasına imkan verir. Doğuşayardım xidmətinin təkmilləşdirilməsində əsas ağırlıq həkimlərin üzərinə düşdüyünə görə Ə.Əliyev adına ADHTİ-nin həmin proqramlarda aktiv iştirakını qanunauyğun saymaq lazımdır.İnstitutda mütamadi təşkil olunan və mamalıq-ginekologiyanın aktual problemlərinə həsr olunmuş kurslar dinləyicilər tərəfindən rəğbətlə qarşılanır.
Xəbər verildiyi kimi Ə.Əliyev adına ADHTİ ilə İ. Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universiteti arasında bağlanmış müqavilə əasında həkimlərimiz üçün müxtəlif səpkili təkmilləşdirmə kursları keşirilir, institutun bir sıra alimləri bu universitetin ayrı-ayrı kafedralarında iş təcrübəsində olurlar.Mühazirələrdə institutumuzda təhsil alan həkim-müdavimlərlə yanaşı Respublikanın müxtəlif tibb idarələrinin həkimləri də iştirak edirlər.
Həmin beynəlxalq təhsil proqramı çərçivəsində Ə.Əliyev adına ADHTİ-da İ. Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin mamalıq və ginekologiya və operativ cərrahiyyə kafedralarının professor-müəllim heyətinin iştirakı ilə 04.12.17–09.12.17-ci il tarixində “Kliniki anatomiya ilə operativ ginekologiya.Ginekologiyada qanaxmaların dayandırılmasının cərrahi metodları” mövzusunda kurs keçirilir. Kursda İ. Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin mamalıq və ginekologiya kafedrasının müdiri t.e.d., professor Sergey Aleksandroviç Levakov və həmin Universitetin operativ cərrahiyyə kafedrasının müdiri t.e.d., professor Sergey Sergeyeviç Dıdıkin mühazirələr oxuyacaq, məşgələlər aparacaqlar.Bu məşgələlərdə onlar çalışdıqları Rusiyanın sayılan tibb Universitetində toplanmış uzun illərin təcrubəsi ilə həkimlərimizlə bölüşəcəklər.
Artıq həmin kurs başlanmışdır və kursun ilk günlərindən müdavimlərə müasir məlumatlar çatdırılmış,əyani olaraq müxtəlif metodikalar nümayiş etdirilmişdir. Respublikada ilk dəfə olaraq cərrahi metodikaların əyani olaraq kadavral nümayiş etdirilməsi dinləyicilərin böyük marağına səbəb olmuşdur.Göstərilən müdaxilələrin sonradan klinikada canlı həyata keçirilməsi kursun sanballılığını daha da artırır.
Dərslərdən sonra müdavimlər arasında aparılan birbaşa sorğu göstərdi ki, beynəlxalq təhsil kifayət qədər effektlidir və onların böyük marağına səbəb olmuşdur. Həkimlərimiz bu kurslarda əldə etdikləri bilik və bacarıqları gündəlik iş praktikasına tətbiq edəcəklərini bildlrdilər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX