Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

27.11.2017

24 noyabr 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Cərrahiyyə fakultəsində son üç ay müddətində müdavimlərin kurslara cəlb olunması haqqında
Məruzəçi dekan dosent S.Z.Əliyev

2. Terapiya və tibbi profilaktika fakultələrində son üç ay müddətində müdavimlərin kurslara cəlb olunması haqqında
Məruzəçi dekan dosent K.M.Kərimova

3. T.ü.f.d. S.S.İsmaylovaya kardiologiya kafedrası üzrə dosent elmi adının verilməsi

4. Müxtəlif məsələlər.

I məsələ üzrə cərrahiyyə fakultəsinin dekanı dosent S.Z.Əliyev çıxış edərək bildirdi ki, 2017/18-ci tədris ilinin ilk 3 ayı ərzində cərrahiyyə fakultəsi üzrə kursların komplektləşdirmə planının yerinə yetirilməsi aşagıdakı kimi olmuşdur: plan-570, cəlb edilib - 628 müdavim (110,2%). Xaric olunan müdavim sayı - 2 nəfər.
Davamlı tibbi təhsil üzrə pilot kafedralara müdavimlərin cəlb olunması hələ tam həllini tapmamışdır. Beləki, həmin kafedralar üzrə kursların komplektləşdirmə planlarının yerinə yetirilməsi 79,3% olmuşdur. Beləki,cərrahiyyə fakultəsi üzrə plan-222 müdavim idisə, cəlb edilənlər 176 müdavim olmuşdur (79,3%).
Qeyd edildi ki, pilot kafedralarda komplektasiya prosesi Səhiyyə Nazirinin davamlı tibbi təhsilə həsr olunmuş 45 saylı 20 iyun 2017-ci il tarixli əmrinin yerlərdə tam həcmdə icra olunmadığını göstərir. Müəssisə rəhbərlərinin nəzərinə bir daha çatdırılmalıdır ki, davamlı tibbi təhsil prosesində həkimlər müntəzəm olaraq, yəni əksər hallarda ildə bir dəfə ixtisasartırma kurslarından keçməlidirlər.
II məsələ üzrə tibbi profilaktika fakultəsinin dekanı dosent K.M.Kərimova çıxış edib bildirdi ki, 2017/18-ci tədris ilinin ilk 3 ayı ərzində terapiya və tibbi profilaktika fakultələri üzrə kursların komplektləşdirmə planının yerinə yetirilməsi aşagıdakı kimi olmuşdur:
Terapiya fakultəsi üzrə: plan - 453, cəlb edilib - 542(486 müdavim +56 peşə hazırlığı) - (119%).Xaric olunan müdavim sayı - 6 nəfər.
Tibbi-profilaktika fakultəsi üzrə: plan-198, cəlb edilib - 207(177 müdavim +30 peşə hazırlığı) - (105%).Xaric olunan müdavim sayı - 1 nəfər.
Bu fakultələrdə də davamlı tibbi təhsil üzrə pilot kafedralara müdavimlərin cəlb olunması hələ tam həllini tapmamışdır.Həmin kafedralarda kursların komplektləşdirmə planlarının yerinə yetirilməsi 82% olmuşdur:
Terapiya fakultəsi üzrə: Plan - 210,cəlb edilib-180 (177 müdavim + 3 peşə hazırlığı) - 95%.
Tibbi-profilaktika fakultəsi üzrə: plan - 80, cəlb edilib - 58 nəfər (73%).
Qeyd olundu ki,çatmamazlıqları aradan götürmək üçün Elmi Şura tərəfindən qəbul olunmuş tədbirlər planının intensiv yerinə yetirilməsi lazımdır.
Elmi şuranın gündəliyinin digər məsələsi seçki məsələsi olmuşdur. Onun müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX