Beynəlxalq təhsil kursu davam edir

24.11.2017

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar gedir, təhsilin yeni forma və metodları praktikaya daxil edilir.Bu istiqamətdə görülən işlər arasında beynəlxalq təhsilə xüsusi önəm verilir. Həmin sahədə Səhiyyə Nazirliyinin dəstəyi ilə atılan son addımllardan biri də Respublikamızda praktik səhiyyədə çalışan yüksək ixtisaslı əcnəbi mütəxəssislər heyətinin Ə.Əliyev adına ADHTİ-də keçirilən ixtisasartırma kurslarında tədris prosesinə cəlb olunmasıdır. 2014-cü ildən başlayaraq institutumuzun pediatriya, terapiya, kardiologiya, şüa diaqnostikası, mamalıq və ginekologiya kafedralarında ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Belçika, Hollandiya və Rusiyadan gəlmiş yüksək ixtisaslı mütəxəssisləri təlabat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirirlər.
Ə.Əliyev adına ADHTİ ilə İ. Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universiteti arasında bağlanmış müqavilə əasında həkimlərimiz üçün müxtəlif səpkili təkmilləşdirmə kursları keşirilir, institutun bir sıra alimləri bu universitetin ayrı-ayrı kafedralarında iş təcrübəsində olurlar.Mühazirələrdə institutumuzda təhsil alan həkim-müdavimlərlə yanaşı Respublikanın müxtəlif tibb idarələrinin həkimləri də iştirak edirlər.
Xəbər verildiyi kimi Ə.Əliyev adına ADHTİ-da beynəlxalq təhsil proqramı çərçivəsində İ. Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin daxili xəsətliklərin propedevtikası kafedrasının professor-müəllim heyətinin iştirakı ilə 20.11.17–15.12.17-ci il tarixlərində “Qastroenterologiya” mövzusunda kurs keçirilir. Kursda professorlar Yelena Konstantinovna Baranskaya, Zinaida Aronovna Lemeşko, Oleq Samuiloviç Şifrin, Tatyana Lvovna Lapina mühazirələr oxuyacaq, məşgələlər aparacaqlar. Artıq bir həftədir həmin kurs başlanmışdır və kursun aparıcı müəllimi professor, t.e.d.,RF hökümətinin elm və texnika sahəsində mükafatı Laureatı,müalıcə fakultəsinin daxili xəsətliklərin propedevtikası kafedrası - “Qastroenterologiya” ixtisası üzrə ixtisaslaşmış həkimlərin diplomdansonrakı hazırlıq kursunun professoru,Rusiya Milli Qastroenterologiya və hepatologiya məktəbinin icraçı direktoru, Amerika Qastroenteroloji Assosiasiyasının üzvü Yelena Konstantinovna Baranskayadır.Maraqlı keçən mühazirə və məşğələlərdə iştirak edən müdavimlər arasımda aparılan sorğu göstərdi ki, beynəlxalq təhsil kifayət qədər effektlidir və onların böyük marağına səbəb olmuşdur. Həkimlərimiz bu kurslarda əldə etdikləri bilik və bacarıqları gündəlik iş praktikasına tətbiq edəcəklərini bildlrdilər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX