Doğuşayardım xidmətinin təkmilləşdirilməsi ilə əlaqədar kurs keçirilir 18.10.2017
Ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir. Son illər ölkəmizdə bu sahədə nailiyyətlər əldə edilmişdir. Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Sabirabadda və Şəkidə regional perinatal mərkəzlər yaradılmış, müasir avadanlıqlarla təchiz edilmişdir. Bu da Respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaratmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində Respublikada ana və körpə ölümü göstəriciləri azalmışdır. Bununla belə, ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı problemlər hələ də qalmaqdadır. Perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi, beynəlxalq diridoğulma meyarlarına keçilməsi vasitəsilə Azərbaycan Respublikasında perinatal və uşaq statistik göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, doğuşayardım xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatının yaxşılaşdırılması və digər məsələlərin həyata keçirilməsi vacib olan tədbirlərdir. Bütün bunlar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur. Həmin proqram çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevin imzaladığı “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmrinin icrası ilə əlaqədar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq-ginekologiya və anesteziologiya-reanimatalogiya kafedralarının əməkdaşları regionlara bir neçə dəfə ezam olunmuş, yerli mütəxəssislərə müvafiq kömək göstərmişlər. Eyni zamanda əməkdaşlarımız yerlərdə həkimlərin fəaliyyətinin təhlilini aparmış və öz hesabatlarında problemləri həll etmək üçün müvafiq təkliflər vermişlər. Bunlarla yanaşı bilavasitə institutda da daimi müvafiq kursların keçirilməsi təşkil edilir. Artıq bir neçə belə kurs keçirilmişdir. 16.10.2017-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin göstərişi ilə institutda mamalıq-ginekologiya və sosial gigiyena və səhiyyənin təşkili kafedraları birgə olaraq “Qadın məsləhətxanalarında mama-ginekologiya yardımının təşkili” mövzusunda kursa başlamışlar. Kursda Respublikanın müxtəlif bölgələrindən 20 nəfər baş həkim, şöbə müdiri, həkim mama-ginekoloq iştirak edir. Kursun müddəti 3 həftədir və sonda müdavimlər imtahan verərək qanunvericiliyə üyğun sertifikat alacaqlar.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|