Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda davamlı tibbi təhsil sisteminin tətbiqi ilə bağlı dəyirmi masa keçiriləcəkdir 21.09.2017
Dünyanın qabaqcıl ölkələrində istifadə olunan həkimlərin davamlı tibbi təhsil sistemi keyfiyyətli tibbi yardımın göstərilməsinə zəmin yaradır. Həkimlərimizin müasir tibb elminin inkişafı ilə ayaqlaşmaları üçün, onların son nailiyyətlərdən xəbərdar olmalarını təmin etmək üçün bu təhsil növünün ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir. 2017-2018-ci tədris ilindən Azərbaycan Respublikasının Səhiyyə Nazirinin əmrinə uyğun olaraq səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə davamlı tibbi təhsil sisteminə keçid dövrü başlanacaqdır. Həmin əmrlə ”Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilmiş, səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə tapşırılmışdır ki, onları öz işində rəhbər tutsunlar.
25 sentyabr 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda davamlı tibbi təhsil sisteminin Respublikda ilk dəfə tətbiqi ilə bağlı dəyirmi masa keçiriləcəkdir. Tədbirdə müvafiq əmrin yerinə yetirilməsi ilə bağlı təşkilatların gördükləri işlər müzakirə olunacaqdır.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|