08.05.2014

8 may 2014-cü il tarixində İnstitutda Ulu Öndərimiz, Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş Elmi Şuranın iclası keçirilmişdir.
İnstitutun rektoru t.e.d. N.A.Qasımov iclası açaraq Ümumilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında əvəzsiz rolunu, zəhmətini və Azərbaycanın səhiyyəsində faktiki olaraq yenidən qurma islahatlarının təşəbbüsçüsü kimi qeyd etdi.
Ulu öndərin yeritdiyi uzaq görən siyasəti, apardığı iqtisadi islahatlar gənc, müstəqilliyini yenidən qazanmış Azərbaycan Respublikasının güclənməsinə, qudrətləşməsinə gətirib çıxartdı.
Onun müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr ölkəmizin tarixinə və xalqımızın yaddaşına böyük inkişaf illəri kimi həkk olundu.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Müstəqil Dövlət kimi tam şəkildə formalaşıb. Ona görə ki, Şeydər Əliyevin siyasi kursu, böynk dövlətlərlə qurduğu möhkəm siyasi və iqtisadi əlaqələr bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilir.
İclasda Yeni Azərbaycan Partiyasının İnstitut təşkilatının sədri dosent Elmira Qədimova nitqlə çıxış etdi.
Elmi Şuranın qedişatında Ulu Öndərin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film göstərildi.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|