Dağınıq Skleroz Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir 24.05.2017
Dağınıq skleroz xəstəliyi, bütün dünyada olduğu kimi, Respublikamızda da səhiyyənin aktual problemlərindən biridir. Bu xəstəlik nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çox ocaqlı pozulması ilə müşayiət olunan, proqressivləşən gedişli xroniki xəstəlikdir. Problemin Azərbaycan səhiyyəsi üçün nə dərəcədə aktual olduğunu Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli 2542 saylı Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı” bir daha sübut edir. Dövlət proqraminin icraatına başlanandan sonra dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi üzrə bir sıra nailiyyətlər əldə edilmişdir. Mayın 25-i Beynəlxalq Dağınıq Skleroz Günüdür. 24 may 2017-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşlarının və media işçilərinin iştirakı ilə bu günə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Görüşdə Dövlət proqramının yerinə yetirilməsi üzrə komissiyanın üzvlərindən Ə.Əliyev adına ADHTİ-nin sinir xəstəlikləri kafedrasının dosenti, t.e.d. Həsənov Rövşən,həmin kafedranın assistenti, t.ü.f.d. Əliyev Rahim, akademik M.Mirqasımov adına RKX-nın baş həkiminin müavini Babayev Mahir,xəstəxananın II sinir xəstəlikləri şöbəsinin müdiri, t.ü.f.d. Həsənov Xanlar çıxış etmişlər.
Dəyirmi masada qeyd edildi ki, ölkəmizdə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyə tutulanların dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və həyat keyfiyyətinin artırılmasına səbəb olmuş, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılması uçun bütün lazımi şərait yaradılmışdır.
2013-2016-cı illər ərzində proqram çərçivəsində 1240-dan çox xəstə müayinə olunmuşdur. Onlardan 845 nəfərə dağınıq skleroz diaqnozu qoyulmuş və xəstələr müvafiq preparatlarla dövlətimiz tərəfindən tam təmin edilmişdir. 800-dən artıq xəstə dinamik müşahidəyə götürülmüş, 104 xəstədə diaqnoz tamamilə inkar edilmişdir.
Hal-hazırda proqram çərçivəsində tibb işçilərinin bu sahədə təkmilləşdirilməsi, habelə əhali arasında bu xəstəliyə dair maarifləndirmə işinin təşkili davam edir.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasında həkimlərin təkmilləşdirmə kurslarında 200-ə qədər nevropatoloqa dağınıq skleroz xəstəliyinin diaqnostikası, müalicəsi və reabilitasiyası barədə mühazirələr, seminar və praktik məşğələlər keçirilmişdir.
Dörd il müddətində, hər il ildə bir dəfə olmaqla Nevroloqların Milli Assosiasiyası Ə.Əliyev adına ADHTİ-nin sinir xəstəlikləri kafedrası ilə birgə Türkiyənin aparıcı mütəxəssislərinin iştirakı ilə tibb bacılarına Avonex preparatının (interferon beta-1a) inyeksiya metodikası ilə bağlı təlim kursu keçirilmişdir.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının, Azərbaycan Tibb Universitetinin nevrologiya və tibbi genetika kafedrasının və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları birgə 1000 nüsxədə “Dağınıq skleroz üzrə klinik protokol” hazırlamışlar.
13-14 Dekabr 2013-cü ildə Türkdilli Dövlətlərin I Beynəlxalq Nevrologiya Kongressi çərçivəsində dağınıq skleroz xəstəliyi haqda xüsusi bölmədə Azərbaycan, Türkiyə və Kazaxıstandan aparıcı mütəxəssislərin iştirakı ilə çıxışlar dinlənilmişdir.
Nevroloqların Milli Assosiasiyasının görüşləri zamanı Respublikanın nevroloqlarına dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi barədə mühazirələr oxunmuşdur.
Ə.Əliyev adına ADHTİ-nin sinir xəstəlikləri kafedrası və ATU-nun nevrologiya və tibbi genetika kafedrasının əməkdaşları “Dağınıq sklerozun klinikası və diaqnostikası” üzrə tədris vəsaiti hazırlamış və 2015-ci ildə çap etdirmişlər. İSİM-in əməkdaşları ilə birgə həkimlər üçün 1000 nüsxə plakat və əhalini maarifləndirmək üçün 2400 nüsxə bukletlər çap edilib paylanılmışdır.
16-17 Mart 2017-ci ildə Nevroloqların Milli Assosiasiyasının Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil etdiyi Azərbaycan Nevroloqlarının VI konfransında hər dəfə olduğu kimi, dağınıq skleroz probleminə bir sıra çıxışlar həsr edilmişdir. Konfransa Bakıdan və Respublikamızın bir sıra regionlarından 400-dən artıq iştirakçı qoşulmuş, onların arasında nevroloqlar, neyrocərrahlar, radioloqlar və s. ixtisaslı həkimlər olmuşdur. Konfrans zamanı ilk dəfə olaraq Dövlət proqramının elmi nəticələri müzakirə edilmişdir.
Nevroloqların Milli Assosiasiyasının görüşləri zamanı, ayda 1 dəfə olmaqla 20-25 nəfərdən ibarət qruplarda Respublikanın nevroloqlarına dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi barədə mühazirələr oxunmuşdur.
Hal-hazırda Dövlət proqramı çərçivəsində dağınıq skleroz xəstəliyi olan şəxslərə zamanında tibbi yardımın göstərilməsi, diaqnozun qoyulması və müalicə tədbirlərinin aparılması beynəlxalq tibbi protokollara uyğun olaraq davam etdirilir.
Dəyirmi masanın sonunda iştirakçılar verilən sualları cavablandırmışlar.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|