Azərbaycan Parodontologiya Cəmiyyəti (www.perio.az) Avropa Parodontologiya Federasiyasının (www.efp.org) İspaniyanın Santiago De Compostela şəhərində keçirilən Baş Assambleyasının ümümi yığıncağında 30-cu üzvü seçildi.
Bu tədbirdə ölkəmizi Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə institutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli təmsil edirdi. Həmin yığıncaqda Avropa Parodontologiya Federasiyasının idarə heyəti üzvlərinə və təşkilata üzv olan 29 ölkənin milli parodontologiya cəmiyyətlərinin təmsilcilərinə Azərbaycan Parodontologiya Cəmiyyətinin son illərdəki fəaliyyəti, ölkəmizdə parodontologiya sahəsindəki təhsilin, müalicə-profilaktik xidmətin təşkili və aparılan elmi tədqiqatlar haqqında geniş məlumat verildikdən sonra Azərbaycan Parodontologıya Cəmiyyəti Avropa Parodontologiya Federasiyasının üzvlüyünə yekdilliklə qəbul olundu.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.