02.05.2014

Xəbər verdiyimiz kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Rusiya Diplomdansonrakı Təhsil Akademiyası arasındakı əməkdaşlıq çox intensiv şəkildə və müxtəlif istiqamətlərdə davam edir. Respublika tibb ictimayyətinin nəzərinə çatdırmaq istərdik ki, artıq 2014-cü ildə RDSTA-nın tanınmış professor-müəllim heyətinin iştirakı ilə İnstitumuzda 7 belə tematik təkmilləşmə kurslarının keçiriləcəyi, mövzuları və müddətləri müəyyən olunmuşdur. Bunlar may-iyun 2014-cü ildə keçirilməsi planlaşdırılan "Yoluxucu xəstəliklərin aktual məsələləri (12.05.2014-30.05.2014)", "Səhiyyə təşkilinin menecmenti (12.05.2014-30.05.2014)", "Mamalıq və ginekologiyanın müasir problemləri (28.05.2014-11.06.2014)" və "Laborator diaqnostikanın seçilmiş məsələləri (08.05.204-28.05.2014)" mövzularında olan kurslardır. Daha sonra-sentyabr-oktyabr aylarında isə həkim-pediatrlar üçün bir və şüa diaqnostikası həkimləri üçün isə Ultrasonoqrafiya və Kompyuter tomoqrafiyası müayinə metodlarına həsr olunmuş iki belə kursların keçiriləcəyi nəzərdə tutulmuşdur. Kursların keçirilməsi məqsədilə prof. Belobrodov V.N., prof. Dolqov V.V., prof. Roytman A.P., prof. Luqovskaya C.A. və digərləri Bakıya ezam olunacaqlar. Məlumat üçün bildirmək istərdik ki, adı çəkilən kursların həkim-müdavimlərlə komplektləşdirilməsi bilavasitə Səhiyyə Nazirliyi tərəfindən aparılır. ADHTİ və RDSTA arasındakı əməkdaşlıq çərçivəsində təşkil olunan bu tip kurslara respublikaməzda böyük ehtiyacın olduğunu nəzərə alaraq onların sonrakı illərdə də mütəmadi keçirilməsi qərara alınmışdır.
Rusiya Diplomdansonrakı Təhsil Akademiyasından
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutuna ezam olunan mütəxəsislər
Səhiyyə təşkilinin menecmenti (12.05.2014-30.05.2014)
1. Шурандина И.С., dosent
2. Касаткина Н.С., baş müəllim
3. Борисов К.Н. dosent
4. Линькова И.В. dosent
Yoluxucu xəstəliklərin aktual məsələləri (12.05.2014-30.05.2014)
1. Погорельская Л. В. professor
2. Тетова В.Н. dosent
3. Белобродов В.Н. professor
4. Сапронов Г.В. dosent
Mamalıq və ginekologiyanın müasir problemləri (28.05.2014-11.06.2014)
1. Назарова С.В. dosent
2. Никитина Т.И dosent
3. Подзолкова Н.М. kafedra müdiri
4. Скворцова М.Ю. dosent
Laborator diaqnostikanın seçilmiş məsələləri (08.05.204-28.05.2014)
1. Долгов В.В. professor
2. Ройтман А.П. professor
3. Луговская С.А. professor
4. Джангирова Т.В. dosent