Hörmətli xanımlar!

07.03.2017

    Sizi 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
    8 mart Beynəlxalq Qadınlar günü Azərbaycanda da geniş qeyd olunur. İndi Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, çünki cəmiyyət ona hörmətlə yanaşır, onu qiymətləndirir. Azərbaycan qadınının bütün dövrlərdə, bütün cəmiyyətlərdə gözəl örnəkləri olub. Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb fəaliyyət göstərmiş qadınlar müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazıblar. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı, məhz anaların müdrikliyi sayəsində mürəkkəb dövrlərə qalib gəlibdir. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Müasir Azərbaycan qadını da öz xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, nəsillərin varisliyini təmin edən, tarixi ənənələri qoruyan, onu daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır.
    Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Onun dövlət qadın siyasəti haqqında tarixi qərarında məqsəd cəmiyyətdə qadınların rolunun artırılmasına, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsinə, qadınların ictimai-siyasi proseslərə cəlb edilməsinə, qadın problemlərinin həllinə nail olmaq idi.
    Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. İndi Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu, ona münasibət çox ucadır. Qadın hüquqlarının təmin edilməsi sahəsində möhkəm hüquqi baza mövcuddur. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil artır. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz naminə, xalqın rifahı üçün gördüyü işlər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.
    Bu gün dünyada gedən qlobal ictimai-siyasi proseslər, beynəlxalq qadın hərəkatının yeni mərhələyə qədəm qoyması Azərbaycan qadınlarından da böyük fəallıq tələb edir. İndi Azərbaycan əhalisinin təxminən 51%-ni təşkil edən qadınların fəallığı üçün ölkəmizdə hər cür şərait və imkan yaradılıb.
    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışan xanım işçilər də institutumuzun ictimai-siyasi həyatında fəal iştirak edir, onun inkişafına böyük töhfələr verirlər.
    Ümidvarıq ki, siz xanımlar bu işi davam etdirəcək, xalqımıza məxsus milli-mənəvi dəyərləri yaşadacaq və gündən-günə yeniləşən Respublikamızın çiçəklənməsi naminə bundan sonra da fəallıq nümayiş etdirəcəksiniz.
    Bayramınız mübarək olsun!

   
Ə.Əliyev adına ADHTİ-nin rəhbərliyi



Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX