Dağınıq skleroz xəstəliyinin neyroradioloji diaqnostikasının təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi 21.02.2017
Dağınıq skleroz xəstəliyi bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da səhiyyənin ən aktual problemlərindən biridir. Bu xəstəlik əksərən gənc yaşlarda başlayan, proqressiv artan və nəhayət, müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyidir. Dağınıq sklerozun ən xoşagəlməz xüsusiyyəti insanın cavan yaşlarında ciddi əlilliyə səbəb olmasıdır. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli, 2542 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması xəstəlkə mübarizədə önəmli rol oynamışdır. Beləki, Proqramın qəbul olunması bu xəstəliyə tutulanların dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və həyat keyfiyyətinin artırılması, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılması uçun bütün lazımi şərait yaradıbdır. Səhiyyə Nazirliyinin Nevroloji Mərkəzində ilkin diaqnoz qoyulmuş xəstələr, eləcə də xəstələr təkrar qəbul edilərək ən müasir tibbi diaqnostik üsullarla müayinə olunur və müvafiq müalicə alırlar. Dövlət Proqramı fəaliyyətə başlayandan bəri 1300-dən artıq xəstə müayinə edilmiş, onların 1100-dən çoxunda dağınıq skleroz diaqnozu təsdiqlənmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə həmin xəstələrin sayına görə zəruri olan dərman preparatları alınmış və xəstələr davamlı olaraq bu preparatlarla təmin olunurlar.
Dövlət Poqramından irəli gələn vəzifələr mütamadi olaraq yerinə yetirilir. Hər il Proqram çərçivəsində müxtəlif görüşlər, seminarlar və konfranslar keçirilir. Növbəti belə görüş 21.02.2017-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Dağınıq sklerozun diaqnostikasında radioloqların rolu” mövzusunda dəyirmi masa formatında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Rəna Şirəliyevanın rəhbərliyi ilə keçirilmişdir. Tədbirə Bakı şəhərinin dövlət səhiyyə müəssisələrinin həkim-radioloqları dəvət edilmişdilər. Dağınıq skleroz xəstəliyinin diaqnostikasında radioloqların rolu və vəzifələri müzakirə edilmiş, bu xəstəliyin diaqnostik meyarları barədə məlumatlar verilmişdir. Qeyd olunmuşdur ki, xəstəliyin differensial diaqnostikasında radioloji metodların xüsusi yeri vardır. Aparılan disskusiyalarda dağınıq sklerozun diaqnostikası barədə iştirakçıların fikri dinlənilmişdir. Tədbirin sonunda Proqramin yerinə yetirilməsinin səmərəliliyinin artırılması üçün tədbirlər planı müzakirə edilib təsdiq edilmişdir.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|