29.04.2014

Ə.Əliyev adına ADHTİ -nin əməkdaşları başda rektor t.e.d. Qasımov N.A. olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi əsasında 23.04.14-25.04.14 tarixlərində Naxçıvan MR-nın 90 illik yubileyi ilə əlaqədar ezamiyyətdə olmuşlar.
Göstərilən müddət ərzində institutun professor-müəllim heyəti kardiologiya, terapiya, pediatriya, cərrahiyyə, mama-ginekologiya, nevrologiya, psixiatriya ixtisasları üzrə tibbdə olan ən müasir yenilikləri həkimlərin diqqətinə çatdırmışlar.
Kardiologiya üzrə mühazirə-seminarları Kardioloji mərkəzdə 28 həkimin iştirakı ilə t.e.d. Quliyev F.Ə., dosent Zeynalov A.F. keçirmişlər. Həkimlərə Avropa Kardiologiya Cəmiyyətinin tövsiyyələrinə müvafiq "Qulaqcıqların fibrillyasiyası zamanı diaqnostika və müalicə üsulları", "Sabit stenokardiyalı xəstələrdə müasir diaqnostika və müalicə" mövzuları təqdim edilmişdir.
Terapiya ixtisası üzrə mühazirə-seminarları akademik Z.Ə.Əliyeva adına şəhər poliklinikasında 45 həkimin iştirakı ilə t.e.d. Mustafayev İ.İ. və dosent Sadıqova G.H. "Arterial hipertenziyaya müasir baxışlar", "Revmatoid artriti", Bağırsağın qeyri-spesifik iltihabi xəstəlikləri" mövzularını təqdim etmişlər.
Pediatriya üzrə mövzuları "Uşaqlarda kəskin bağırsaq infeksiyalarının müasir müalicə prinsipləri", "Bağırsaq disbakteriozu", "Uşaqlarda tənəffüs üzvlərinin xəstəlikləri zamanı rasional antibiotikoterapiya", "Qidalanmanın müasir aspektləri" dosent Quliyeva Z.M., dosent Hacıyeva N.A. uşaq xəstəxanasında 40 həkimin diqqətinə çatdırmışlar.
Cərrahiyyə üzrə mühazirə-seminarları "Laporoskopik cərrahiyyə", "Proktologiyanın müasir məsələləri"-ni t.e.d. Qasımov N.A., t.e.d. Əliyev Ş.H., t.e.d. Müslümov Q.A. Diaqnostika mərkəzində 25 cərraha keçirmişlər.
Mama-ginekologiya ixtisası üzrə doğum mərkəzində 35 mama-ginekoloqa "Endometrioz, diaqnostika və müasir müalicə", "Plasentar çatmamazlıq", "Hamiləlik və sarılıq" mövzuları t.e.d. Rzaquliyeva L.M., assistent Quliyeva İ.A. oxunulmuşdur.
Psixiatriyadan "İlk tibbi yardım göstərən tibb müəssisələrində psixi pozuntuların müalicəsi", "Depressiya pozuntuları" mövzusunda mühazirə-seminarları t.e.d. Qafarov T.Ə. 8 həkimin iştirakı ilə psixiki xəstələrin mərkəzində keçirmişdir.
Bütün ixtisaslar üzrə keçirilən mühazirə-seminarlarda həm Naxçıvan şəhərindən, həm də ətraf rayon və kəndlərdən gələn həkimlər iştirak edirdilər. Qısa müddət ərzində keçirilən mühazirə-seminarlar həkimlərdə böyük maraq doğurmuş, ğeniş miqyasda diskussiyalara, müzakirələrə səbəb olmuşdur. Mama-ginekoloqlar 2 cərrahi əməliyyat - laporoskopik sistektomiya, uşaqlığın vaginal ekstirpasiyası aparılmışdır.
Naxçıvan MR-nın SN cənab Novruzov N., tibbi yardımın təşkili şöbəsinin müdiri cənab Cəfərov S., Diaqnostika mərkəzinin müdiri Hüseynəliyev A. Sonda ilk növbədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Ə.Əliyev aadına ADHTİ-nin rəhbərliyinə öz minnətdarlığını bildirdilər və yaxın vaxtlarda belə tədbirlərin mütəmadi keçirilməsini tövsiyyə etdilər.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|