Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

28.11.2016

    25 noyabr 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi.
    İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun dosent elmi adı almış əməkdaşı t.e.d. Mustafayev İsax İsmayıl oğluna AR Prezidenti yanında AAK-nın diplomunu təqdim edərək onu təbrik etdi. Ə.Əliyev adına ADHTİ-da rezidentlərin hazırlığı haqqında hesabat məsələsi üzrə prorektor t.e.d. Ş.H.Əliyev çıxış edərək bildirdi ki, 2011-2016-cı illər ərzində ümumilikdə Ə.Əliyev adına ADHTİ-na daxil olan rezidentlərin sayı 282 nəfər olmuşdur. Onlardan 45 nəfəri bu tədris ilində qəbul edilmişlər. Hal-hazırda institutda 24 kafedrada 31 ixtisas üzrə rezidentura təhsili alanların ümumi sayı 184 nəfərdir. Qeyd olundu ki,Respublikada cəmi 40 ixtisas üzrə rezidentura təhsili fəaliyyət göstərir.
    Sonra prorektor öz çıxışını davam etdirərək bildirdi ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə xarici ölkələrdə rotasiya keçən rezidentlərimizin sayı ildən-ilə artır. Almaniya, Türkiyə, Rusiya və Belarusiyada 75 rezidentimiz rotasiya kurslarında olmuşlar. Ölkə daxilində isə Respublikanın qabaqcıl tibb müəssisələri ilə qarşılıqlı rotasiya kursları təşkil olunmuşdur. Rezidentlərə tibbi təhsil verməkdən əlavə potensialı olanları gələcəyin elmi işçiləri kimi hazırlamaq da qarşıda duran vəzifələrdəndir. 2013-2016-cı illərdə 21 həkim-rezident Azərbaycanda təşkil edilən bir sıra konfranslarda çıxışlar etmiş, məqalələri bir sıra mötəbər tibb jurnallarında çap olunmuşdur. Eyni zamanda 2014-2016-cı illər əzində Ə.Əliyev adına ADHTİ-nin təşkil etdiyi xarici dil kurslarında 100 rezident ingilis dili üzrə kurs keçmiş, müəyyən səviyyələr üzrə imtahan verib diplomlara layiq görülmüşlər.
    İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək Ə.Əliyev adına ADHTİ-nin rezidentura şöbəsinin fəaliyyətini qənaətbəxş saydı və qarşıda duran vəzifələrdən danışdı. O qeyd etdı ki, 2016-cı ildə rezidentura təhsilinin yekun imtahanından 4 nəfər keçməmişdir. Onlardan 2-si imtahandan kəsilmiş, 2-si isə iştirak etməmişdir. Bu məsələyə ciddi reaksiya olmalıdır, onların təhsil aldığı kafedralarla iş daha sıx aparılmalıdır və səbəblər araşdırılmalıdır.
    Elmi şuranın gündəliyinin digər məsələsi tədris-metodik sənədlərin müzakirəsi və təsdiqi olmuşdur. Onların müzakirəsindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX