Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi
28.10.2016
28 oktyabr 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi.
İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun dosent elmi adı almış əməkdaşı Samir Mehdiyevə AR Prezidenti yanında AAK-nın diplomunu təqdim edərək onu təbrik etdi.
I məsələ üzrə prorektor T.H.Eyvazov çıxış etdi. Məruzənin əsas hissəsi ötən tədris ilində AR Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planının yerinə yetirilməsinə həsr olunmuşdu. Məruzəçi terapiya, cərrahiyyə və tibbi-profilaktika fakültələri üzrə bu istiqamətdə aparılan işlər haqqında məlumat verdi. Keçən tədris ilində zərurət yarandığı üçün təqvim planından əlavə 12 kafedra üzrə 22 ixtisasartırma kursları keçirilmişdir. Həmin kurslara 248 müdavim cəlb edilmişdi. Ötən ildəki kimi açıq seminarların keçirilməsi də davam etdirilmişdir. 7 kafedra üzrə 19 belə seminarda 372 müdavim iştirak etmişdir. Bu ildə də səyyari və distant kursların aparılması davam etdirilmişdir. 9 zona üzrə 8 səyyari-distant kursda116 müdavimə, 24 bölgə üzrə 41 səyyari kursda isə 358 müdavimə dərs keçilmişdir. Sonra prorektor T.Eyvazov ötən tədris ilində pedaqoji yükün yerinə yetirilməsi haqqinda məlumat verdi və o biri illərlə müqayisə apardı. Məruzəçi Ə.Əliyev adına ADHTİ-nin beynəlxalq tədris əlaqələri haqqında danışaraq Rusiya Federasiyası Diplomdansonrakı Təhsil Akademiyasının, İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin, Belarusiya Diplomdansonrakı Tibb Təhsili Akademiyasının səyyari Bakı kurslarında 130 müdavimin təhsil aldığını nəzərə çatdırmışdır. Bundan başqa beynəlxalq təhsil proqramı daxilində Almaniya və Belçikadan olan mütəxəssislərin mühazirə və məşğələlərində 789 dinləyicinin iştirak etməsi haqqinda da məlumat verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 Dövlət Proqramı üzrə təsdiq etdiyi tədbirlər planının icrasında institutun 2015/2016-cı tədris ilində fəaliyyəti haqqında məlumatlar da Elmi Şura üzvlərinin nəzərinə çatdırıldı.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək Ə.Əliyev adına ADHTİ-nin 2015-2016-ci ildə tədris fəaliyyətini qənaətbəxş saydı və qarşıda duran vəzifələrdən danışdı. O qeyd etdı ki, institut Səhiyyə Nazirliyi tərəfindən qarşıya qoyulan tapşırıq və layihələri həmişə yüksək səviyyədə yerinə yetirmış və göstərilən Dövlət Proqramlarının həyata keçməsində də fəal iştirak etmışdir.
Elmi şuranın gündəliyinin digər məsələləri mamalıq və ginekologiya kafedrasının dissertantı N.Teymurovanın doktorluq dissertasiyasının mövzusunun müzakirəsi və təsdiqi, tədris-metodik sənədlərin müzakirəsi və təsdiqi olmuşdur. Onların müzakirəsindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.