Dəyirmi masa formatında telekörpü keçirildi

20.10.2016

    Xəbər verildiyi kimi 20 aprel 2015-ci il tarixində Minsk şəhərində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyası arasında əməkdaşlıq haqqlnda müqavilə imzalanmışdır. O vaxtdan keçən müddət ərzində Akademiya əməkdaşları ADHTİ-də müvəffəqiyyətlə səyyari kurs keçirmiş, institutumuzun mamalıq-ginekologiya və yoluxucu xəstəliklər kafedralarının rezidentləri ixtisasları üzrə Belarusiyanın paytaxtı Minsk şəhərində 1 aylıq kursda olmuşlar. Əməkdaşlığın davamı kimi 19 oktyabr 2016-cı il tarixində hər iki ali tibb təhsili müəssisəsinin rəhbərlikləri arasında “Diplomdansonrakı tibb təhsilinin aktual məsələləri” mövzusunda dəyirmi masa formatında telekörpü keçirildi. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfdən iştirakçılara rəhbərlik edən institutun rektoru professor N.A.Qasımov bu günkü telekörpünün aktuallığını və Belarus DSTA ilə əməkdaşlığın vacib məqamlarını qeyd etdi. Sonra rektor bildirdi ki, bağlanmış müqavilədə klinik və profilaktik təbabət, səhiyyənin təşkili və aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların apaılması, onalrın nəticələri əsasında, həmçinin tədris prosesinin təşkili sahəsində təcrübə mübadiləsinə dair konfrans və seminarların keçirilməsi, tədris prosesinə və səhiyyə praktikasına tədrisin, diaqnostikanın, müalicənin və profiaktikanın yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası, həmçinin ali tibb mütəxəssislərinin fasiləsiz professional təhsili sahəsində müasir metodik və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulur.
    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən telekörpüdə iştirak edən prorektorlar Eyvazov T.H., Meybəliyev M.T., Əlyev Ş.H., dekanlar Nəsirova R.İ., Quliyeva Z.M., Kərimova K.M. və elmi katib Bəxtiyarova L.B. hər biri çıxış edərək rəhbərlik etdikləri sahə üzrə gördükləri işlərdən və qarşılarında duran vəzifələrin yerinə yetirmək yollarından danışdılar.
    Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyasının elmi işlər üzrə prorektoru professor Y.M.Qain çıxış edıb Ə.Əliyev adına ADHTİ ilə əməkdaşlıq haqqlnda imzalanmış müqaviləyə onların böyük önəm verdiklərini, qarşıya qoyulmuş vəzifələrin vaxtında və dəqiq yerinə yetirmək üçün çalışdıqlarını xüsusi qeyd etdi. Sonra prorektor Belarus Respublikasında diplomdansonrakı tibb təhsilin spesifikliyindən, onun təkmilləşdirilməsi yollarından danışdı.
    Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyası tərəfdən telekörpüdə iştirak edən prorektorlar Kalinina T.V., Ruçkaya T.A., dekanlar Qvozd N.G., Rodçeviç O.Q., Çukanov A.N., Boris A.M., beynəlxalq əlaqələr şöbəsinin rəisi Platonov A.V., kafedra müdirləri Vorobey A.V., və Xrışanoviç B.Y. hər biri çıxış edib müştərək görülə bilən işlərdən, diplomdansonrakı tibb təhsili səviyyəsini daha da yüksəltmək yollarından danışdılar.
    Müzakirələr zamanı belə telekörpülərdən mühazirə və master klassların aparılması üçün istifadə etməyin əhəmiyyəti xüsusi vurğulandı.
    Sonda qarşılıqlı əlaqələri koordinasıya etmək üçün hər iki ali təhsil məktəbində xüsusi qrupun yaradılması qərara alındı və həmin qrupa yaxın gələcəkdə görüləcək işləri qısa müddət ərzində planlaşdırmaq tapşırığı verildi.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX