Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun beynəlxalq əlaqələri genişlənməkdədir

18.10.2016

    Son illərdə Respublikamızda bütün sahələrdə olduğu kimi səhiyyədədə köklü pozitiv dəyişikliklər baş verir. Hazırkı dövrdə ən vacib məsələlərdən biri əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətini yüksəldərək dünya standartlarına çatdırmaqdır. Dövlətimiz tərəfindən qarşıya qoyulan bu vacib məsələnin həlli yollarından biri də ali tibb kadrlarının hazırlığının səviyyəsinin artırılmasıdır. Belə bir şəraitdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu öz işini müasir tələblərə uyğun qurmağa çalışır. Bununla əlaqədar yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və tibb elminin prioritet istiqamətlərinin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq Ə.Əliyev adına ADHTİ-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. İnstitutun beynəlxalq əlaqələrinin inkişafı strategiyası institutun ali tibb təhsilli həkim və mütəxəsislər üçün diplomdansonrakı müasir, yüksək professional təhsil mərkəzi kimi imicinin möhkəmlənməsinə yönəlmişdir. Artıq ADHTİ ilə Almaniyanın, Türkiyənin, Rusiyanın, Belarusiyanın və digər ölkələrin tanınmış bir sıra təhsil müəssisələri ilə faydalı və sıx əməkdaşlıq mövcuddur ki, bu da tədris, elmi və müalicə prosesinə müasir, qabaqcıl texnologiyaları tətbiq etməyə imkan verir. Beynəlxalq əlaqələrin genişlənməsində institut rəhbərliyinin növbəti addımı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Ə.Əliyev adına ADHTİ və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlıq haqqlnda imzalanmış müqavilədir. Müqavilə 17 oktyabr 2016-cı il tarixində Bakı şəhərində Ə.Əliyev adına ADHTİ-nin rektoru, professor N.A.Qasımov və Dağıstan Dövlət Tibb Akademiyasının rektoru, professor S.N.Mammaev tərəfindən imzalanmışdır. Müqavilənin imzalanma mərasimində professor N.A.Qasımov dağıstanlı həmkarlarını salamladı və görüşün tərəflər üçün qarşılıqlı əhəmiyyətini qeyd etdi. Sonra rektor institutun şanlı tarixindən söz açıb bildirdi ki,institut 1935-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının təşəbbüsü ilə yaradılmışdır. İnstitutun yaradılmasında bir sıra görkəmli azərbaycan və rus mütəxəssisləri - Z.M.Məmmədov, M.M.Əfəndiyev, H.K.Əliyev, B.A.Tarnoqradski, P.P.Popov və digərləri bilavasitə iştirak etmişlər. İnstitutun inkişafında ən parlaq səhifələr institutun rektoru olmuş professor Əziz Əliyevin adı ilə bağlıdır. Məhz buna görə 1962-ci ildə Əziz Əliyevin xatirəsi əbədiləşdirilərək instituta onun adı verilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, Əziz Əliyevin 1942-1948-ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi kimi fəaliyyəti dövrü xalqlarımız arasındakı əlaqələrin ən şanlı səhifələrini təşkil edir. Ona görə də bu gün imzalanan müqavıləyə həmin ənənələrin davamı kimi baxmaq olar.
    İnstitut müxtəlif illərdə həm azərbaycan, həm də digər respublikalardan olan həkim və əczaçıların təkmilləşməsi və ixtisasartırmasını müvəffəqiyyətlə həyata keçirmişdir. Bu gün ADHTİ Azərbaycan səhiyyəsinin müasir təhsil, elmi və müalicə müəssisəsidir. İnstitutun nəzdində uroloji, oftalmoloji, onkoloji, nevroloji, cərrahi və digər elmi məktəblər fəaliyyət göstərir. Sonra rektor N.A.Qasımov təmsil etdiyi təhsil müəssisəsində hazırda müasir tələblərə cavab verən şəraitin yaradılmasından, tədris otaqlarının ən yüksək səviyyəli elektron cihaz və avadanlıqlarla təmin olunması, tədrisdə qabaqcıl informasion-kommunikasion texnologiyaların tətbiqi sayəsində distant təhsilin mövcudluğu və inkişaf etməsi, praktik həkimlərin peşə vərdişlərinə yiyələnməsini və müasir endoskopik mini-invaziv laparoskopik cərrahi metodların mənimsənilməsini təmin etmək məqsədilə simulyasion mərkəzin yaradılmasından, tədris prosesinə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsindən söz açdı. İnstitutda həkim-müdavimlərin biliklərinin elektron-test sistemi ilə qiymətləndirilməsi metodunun tətbiqi akademiya rəhbərliyinin böyük marağına səbəb oldu.
    Müqavilədə klinik və profilaktik təbabət, səhiyyənin təşkili və aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların apaılması,onalrın nəticələri əsasında, həmçinin tədris prosesinin təşkili sahəsində təcrübə mübadiləsinə dair konfrans və seminarların keçirilməsi, tədris prosesinə və səhiyyə praktikasına tədrisin, diaqnostikanın, profiaktika və müalicənin yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası, həmçinin ali tibb mütəxəssislərinin davamlı professional təhsili sahəsində müasir metodik və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulur.
    Dağıstan Dövlət Tibb Akademiyasının rektoru, professor S.N.Mammaev öz çıxışında bildirdi ki, Akademiyanın kafedralarında tədris prosesində yüksək texnoloji avadanlığın, müasir trenajorların və multimediya sistemlərinin istifadəsi daha yüksək nəticələr əldə etməyə imkan verir. Akademiyada tədris prosesi ilə yanaşı tibbi və bioloji elmlər sahəsində yeni biliklərin əldə edilməsi, perspektiv tibbi texnologiyaların işlənməsi və hazırlanmasına yönəlmiş kompleks fundamental və tətbiqi elmi-tədqiqatlar işləri aparılır, yüksək ixtisaslı elmi kadrların hazırlanması, praktik səhiyyəyə qabqcıl müalicə, diaqnostika və profilaktika istiqamətlərinin aktiv tətbiqi həyata keçirilir. Qeyd olundu ki, yüksək ixtisaslı tibb mütəxəssislərinin hazırlanması və tibb elminin prioritet istiqamətlərinin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq Akademiyanın fəaliyyətinin əsas aspektlərindən biridir. Onun beynəlxalq əlaqələri xeyli genişdir. Hazırda Akademiyanın dünya ölkələrinin müxtəlif təhsil və tibb müəssisələri ilə sıx əməkdaşlığı tədris, elmi və müalicə proseslərinə qabaqcıl texnologiyaları tətbiq etməyə imkan verir.
    Müqavilənin imzalanma mərasimində ali tibb kadrlarının hazırlığı ilə məşğul olan hər iki qabaqcıl təhsil müəssisələri arasında əməkdaşlığın uzun illər davam edəcəyinə və yüksək fayda gətirəcəyinə əminlik bildirildi.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX