Azərbaycanda palliativ yardım xidmətinə olan ehtiyac öyrəniləcəkdir 29.09.2016
Xəbər verildiyi kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun əməkdaşlarının yaxından iştirakı ilə ölkədə palliativ yardım xidmətinə olan ehtiyacların qiymətləndirilməsinə dair araşdırmaların aparılması planlaşdırılır. Ümumdünya Səhiyyə Təşkilatının sənədlərində “Palliativ yardım - ağrı və digər fiziki, psixo-sosial və mənəvi problemlərin erkən aşkar edilməsi, düzgün qiymətləndirilməsi və müalicəsi vasitəsilə əzab-əziyyətin qarşısının alınması və yüngülləşdirilməsi ilə həyat üçün təhlükəli olan xəstəliklə bağlı problemlərlə üzləşən xəstələrin və onların ailələrinin həyat keyfiyyətini yaxşılaşdıran bir yanaşmadır”. ÜST-nin araşdırmalarına (2002) görə, bütün ölən xəstələrin 60%-nə palliativ yardım tələb olunur. Bundan əlavə, həmin xəstələrin qohumlarına da xüsusi qayğı lazımdır və bu da hər bir xəstə ilə yanaşı minimum daha iki şəxs deməkdir. Palliativ yardım ixtisaslaşmış tibbi müalicə məhdud nəticələr verdiyi zaman, sağalmaz xəstəlik diaqnozu qoyulmuş xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə xəstələrə və onların ailə üzvlərinə göstərilən çoxsahəli xidmətlərin əlaqələndirilmiş sistemidir. Palliativ yardım xəstəliyin davamlı zəifləməsi və ömrün uzadılmasını məqsəd kimi qarşıya qoymur, amma onu qısaltmır da.
Bu məqsədlə 2016-cı ilin sonunadək Bakı və 7 iqtisadi bölgənin (Abşeron, Gəncə-Qazax, Lənkəran, Aran, Quba-Xaçmaz, Şəki-Zaqatala və Dağlıq Şirvan) hər birində seçilmiş tibb müəssisələrinin rəhbərliyi, həkimləri, orta tibb personalı və bu xidmətdən bəhrələnə biləcək xəstələr və onların yaxınları arasında sorğular aparılacaqdır.
Araşdırma zamanı palliativ yardım xidmətinin yaradılması üçün mövcud imkanların müəyyən edilməsi, kadr potensialının gücləndirilməsi, texniki və digər resurslarla təminat məsələlərinin öyrənilməsi və nəticədə xidmətin təşkili üzrə təkliflərin hazırlanması planlaşdırılır. İlk dəfə olaraq palliativ yardıma ehtiyacı olan əsas xəstə qruplarının və xəstəliklərin siyahısının tərtib edilməsi də nəzərdə tutulmuşdur.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|