Ə.Əliyev adına ADHTİ-nin Etika Komitəsi yaradıldı
01.07.2016
Xəbər verildiyi kimi 24 iyun 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclasında institutun Etika Komitəsinin yaradılması haqqında qərar qəbul edilmişdir. Həmin qurumun yaradılması günün tələbidir. Beləki, tibbi elmi-tədqiqat işlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı tədqiqatçılar mənəvi dəyərləri mütləq nəzərə almalı, insanın iştirakı ilə aparılacaq sınaq və eksperimentlərdə məlumatlandırılmış pasientin razılığı olması doktrinasına əməl etməlidirlər. Biotibbi biliklərin hal-hazırki inkişafı heyvanlar və digər modellərdən sonra insanlığın xeyri naminə insanlar üzərində araşdırmaların aparılmasına imkan verir. Ancaq insanlar üzərində kliniki tədqiqatlar o zaman həyata keçirilə bilər ki, risk alınacaq faydanı üstələməsin. Dünyanın əksər ölkələrində bu halları tənzimləyən qanunlar qəbul edilmişdir. Eyni zamanda Ümumdünya Tibb Assosiasiyasının “İnsanın cəlb edilməsi ilə aparılan tibbi tədqiqatların etik prinsipləri” adlı Helsinki Bəyannaməsi də bu məsələləri tənzimləyir. Ona görə də göstərilənləri nəzərə alaraq Ə.Əliyev adına ADHTİ-nin Etika Komitəsinin yaradılması haqqında qərar qəbul edilmişdir.
Etika Komitəsinin Əsasnaməsini və üzvlərini təqdim edirik:
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
Etika Komitəsinin Əsasnaməsi.
Ə.Əliyev adına ADHTİ-nin “Etika komitəsi” (bundan sonra - EK) institutda insanların iştirakı ilə elmi tədqiqatların aparılmasında Ümumdünya Tibb Assosiasiyasının Helsinki deklarasiyasının (1964) etik prinsiplərə uyğunluğu təmin etmək üçün yaradılmış ictimai qurumdur.
Etika Komitəsənin məqsədi
- tibbi tədqiqatlara cəlb edilmiş insanların hüquq və maraqlarının müdafiəsi;
- tibbi tədqiqat aparan mütəxəssislərin hüquqlarının müdafiəsi;
- klinik tədqiqatların beynəlxalq normalara uyğunluğunu etik qiymətləndirmək.
Etika Komitəsənin vəzifələri
- elmi tədqiqat işlərinin planlaşdırma və icra etaplarında tədqiqata cəlb edilmiş insanların hüquqlarının mühafizəsini qiymətləndirmək;
- tədqiqatın etik və humanizm prinsiplərinə uyğunluğunu qiymətləndirmək;
- tədqiqatlara insanların cəlb edilməsinin məqsədyönlü olmasını qiymətləndirmək;
- tbbi tədqiqatlarda ətraf mühitin çirklənməsinin minimuma endirilməsi.
Etika Komitəsində ekspertizanın predmeti
- insanların cəlb olunduğu klinik tədqiqatların planları, protokolları və nəticələr.
Etika Komitəsinin fəaliyyəti
- EK mütəmadi iclaslarında aşağıdakı sənədlərin ekspertizasını həyata keçirir:
a) Tədqiqat zamanı qeydə alınan xoşagəlməz hadisələrin materialları;
b) EK-nın yaratdığı komissiyaların yoxlamalarının materialları;
c) Planlaşdırılan və yekunlaşmış elmi işlərin, elmi məqalələrin materialları.
Etika Komitəsinin məsuliyyəti
EK qəbul etdiyi qərarların obyektivliyi üçün məsuliyyət daşıyır.
Etika Komitəsinə təqdim olunan sənədlər
- Tədqiqatın plan və proqramı
- Tədqiqata cəlb edilən (və ya edilmiş) insanların məlumatlı razılığı (planlaşdırma etapında maket, icra etapında tərtib olunmuş sənəd).
Etika Komitəsində sənədləşmə
EK-nın iclasının protokolu;
EK-nın iclasının qərarı;
EK-nın qərarlarının qeydiyyat jurnalı.
Etika Komitəsinin tərkibi
EK 5 nəfərdən (sədr - 1, katib - 1, üzvlər - 3) ibarətdir. EK-nın tərkiblərini ADHTİ-nin rektoru seçir və təsdiq edir, həmçinin üzvlərin fəaliyyətini rektor dayandırır.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
Etika Komitəsinin tərkibi:
1. Dosent Meybəliyev M.T. - elmi işlər üzrə prorektor
2. Dosent Bəxtiyarova L.B. - elmi katib
3. Professor Ağayev F.B. - sosial gigiyena və səhiyyənin təşkili kafedrasının müdiri
4. Professor Hüseynov N.M.- otorinolorinqologiya kafedrasının müdiri
5. T.ü.f.d.Marinçenko - əczaçılıq kafedrasının baş müəllimi.