14.04.2014

4 aprel 2014-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda institutun rektoru t.e.d. Nazim Qasımov və Amerika Avstriya Fondunun vise prezidenti, Açıq Tibb İnstitutunun proqramlarının direktoru professor Wolfgang Aulitzky ilə görüş keçirilmişdir.
Görüşdə Ə.Əliyev adına ADHTİ-nun rektoru, t.e.d. Nazim Qasımov; Amerika Avstriya Fondunun vise prezidenti, Açıq Tibb İnstitutunun direktoru, prof. Wolfgang Aulitzky; Ə.Əliyev adına ADHTİ-nun prorektoru, dosent Məmmədəli Meybaliyev; Ə. Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının dosenti, Açıq Tibb İnstitutunun Azərbaycanda tibbi koordinatoru Nigar Hacıyeva; Açıq Tibb İnstitutunun proqramlarının koordinatorları Anna Maria Nics və Kerstin Wahlmueller iştirak etdilər.
Professor Aulitzky rəhbərlik etdiyi proqram haqqında Ə.Əliyev adına ADHTİ-nun rektoru, t.e.d. Nazim Qasımova ətraflı məlumat verərkən bildirdi ki, Açıq Tibb İnstitutu Azərbaycanda tibb proqramlarını 1997-cı ildən həyata keçirir. Bu proqram il ərzində Avstriyada 35 müxtəlif tibb ixtisasları üzrə seminarlar təşkil edir. Seminarlar Amerika və Avstriyanın qabaqcıl tibb müəssisələrinin professorları tərəfindən aparılır. Seminarlarda iştirak etmək üçün müxtəlif ölkələrdən dəvət olunan həkimlər akademik və pesəkarlıq nailiyyətlərinə əsasən Amerika Avstriya Fondu tərəfindən seçilirlər.
Professor Aulitzkinin Azərbaycana ilk səfəri insultların profilaktikası ilə bağlı layihənin həyata keçirilməsi məqsədi daşıyır. Bu layihəni həyata keçirtmək üçün Ə.Əliyev adına ADHTİ-nun nevrologiya kafedrasının rəhbəri R.Şiraliyeva ilə prof. Aulitzkinin görüşü təşkil olunmuşdur. Layihə Avstriyanın İnkişaf Fondu tərəfindən həyata keçiriləcək. Layihənin ilk mərhələsində 3 nəfər nevroloqun Avstriyanın nevroloji klinikasında damarların ultrasonografiyasının aparılması üzrə treninglər keçiriləcək. İnsultların profilaktika layihəsi, eyni zamanda, elmi-tədqiqat işi kimi nəzərdə tutulub. Epidemioloji tədqiqatların aparılmasına Azərbaycan, Avstriya və Amerika tibb müəssisələrinin mütəxəssislərinin cəlb olunması planlaşdırılıb.
Görüş səmimi dostluq şəraitində keçmişdir. Görüşün sonunda iki institut arasında qarşılıqlı əlaqələri yaratmaq və Anlaşma Memorandumu imzalamaq qərara alındı.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|