Laparoskopik cərrahiyyə üzrə təlim başa çatdı 13.06.2016
Xəbər verildiyi kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə 07 iyun 2016-cı il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ümumi cərrahiyyə ixtisası üzrə rezidentura təhsili alan müsabiqə yolu ilə seçilmiş rezidentlər üçün (kuratorların cəlb olunması ilə) “Laparoskopik cərrahiyyə” üzrə dörd günlük təlim keçirilməsinə başlanmışdır. Həmin təlim 10 iyun 2016-ci ildə müvəffəqiyyətlə başa çatmışdır.
Təlim günlərində iştirakçılar plana uyğun olaraq laparoskopik cərrahiyyənin aktual məsələlərinə həsr olunmuş açıq mühazirələrlə yanaşı, videomühazirələr dınləmiş və təcrübi məşğələlərdə cərrahi texnikalar, praktik cərrahiyyədə rast olunan hallar haqqında məlumatlar almışlar. Təlimin axırıncı günü bütün iştirakçılar üçün zala translyasiya edilməklə laparoskopik xolesistektomiya, laparoskopik fundoplikasiya kimi canlı əməliyyatlar nümayiş etdirilmişdir. Təlimin sonuncu günü xüsusi hazırlanmış qiymətləndirilmə metodu ilə həm təlimçilərin təlim və didaktiv qabiliyyəti yoxlanılmış, həm də rezidentlərin praktik vərdişləri mənimsəmə dərəcəsi və nəzəri baza biliklərinin səviyyəsi müəyyən edilmışdır. Təlimin bağlanışı zamanı iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|