Anesteziologiya-reanimatologiya ixtisaslı rezidentlərə mühazirələr oxunacaqdır 06.06.2016
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə keçirilmiş rezidentlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin nəticələrinə əsasən anesteziologiya-reanimatologiya ixtisası üzrə müxtəlif kliniki bazalarda son təhsil ilində rezidentura hazırlığı keçən rezidentlər üçün müəyyən mövzularda mühazirələrin oxunması məqsədəuyğun sayılmışdır. Bu məqsədlə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həmin rezidentlər üçün 2016-cı ilin iyun ayında mühazirələr keçiriləcəkdir. Mühazirələr aşağıdakı mövzulara həsr olunacaqdır:
1. Həyati vacib orqan və sistemlərin anestezioloji-reanimatoloji anatomiyası və kliniki fiziologiyası.
2. Mamalıq anesteziologiyası və reanimatologiyasının xüsusiyyətləri.
3. Perioperasion dövrlər və onların xüsusiyyətləri.
4. Anesteziologiya və reanimatologiyada istifadə olunan dərmanlar və onların farmakologiyası.
5. Müxtəlif ağır vəziyyətlərdə böyrəklərin funksional vəziyyəti. Böyrək çatmamazlığı zamanı müalıcə tədbirləri.
6. Tənəffüs çatmamazlığı və onun intensiv terapiyası.
7. Çətin intubasiya.
Mühazirələrin tarixi,vaxtı və mühazirəçilər haqqında məlumat almaq istəyənlər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentura şöbəsinə müraciət edə bilərlər.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|