“Radiologiyada keyfiyyətin artırılması” mövzusunda beynəlxalq masterclass
seminar keçirilmişdir

06.06.2016

    31 may və 02 iyun 2016-cı il tarixlərində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun şüa diaqnostikası kafedrasında “Radiologiyada keyfiyyətin artırılması” mövzusunda beynəlxalq masterclass seminar keçirilmişdir. Seminarı Danimarkanın Lighthouse Consulting MMC-də səhiyyə məsləhətçisi tibb elmləri doktoru Stiv Stounhaus və Treant Healthcare Group radiologiya şöbəsinin müdiri, DuRad Exchange idarə heyətinin üzvü tibb eimləri doktoru Allard Olthof aparmışlar. Bu zaman dinləyicilərə radioloqların mühitin dəyişilməsindəki rolu,beynəlxalq cərəyanların radioloqların təcrübəsinə təsiri, radioloqların işinin keyfiyyət və səmərəliliyini artırmaq üçün nə etmək lazımdır, çox istiqamətli komandada işləməklə xəstəyə köməyin keyfiyyətinin artırılmasında radioloqun rolu, xəstənin aparılmasına radioloqun fikrinin təsiri, radioloq töhfəsini daha da yaxşılaşdırmaq üçün PACS (picture archiving and communication system) sisteminin tətbiqi, radiologiyada keyfiyyətin ölçülməsi və sığorta təşkilatlarının rolu mövzularında mühazirələrlə yanaşı neyroradiologiya və abdominal patologiyalı xəstəlik nümunələrinin təqdimatı və onlardan istifadə edərək məsələlərin həllinə dair təcrübi məşgələlər də keçirilmişdir. Seminarın sonunda iştirakçılara əhatə olunmuş mövzuların elektron sürətləri paylanmış və sertifikatlar verilmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX