17.03.2014

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun (ADHTİ) rəhbərliyi 09.03.14-11.03.14 tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Türkiyə Cumhuriyyəti İstanbul Universiteti (İU) arasında anlaşma Memorandumu imzalamışdır. Memorondumun imzalanması mərasimində Ə.Əliyev adına ADHTİ-nun rektoru prof. Qasımov N.A. və digər əməkdaşları İstanbul Universitetinin rektoru, prof. Yunus Söylet və rektor yardımçıları iştirak etmişlər.
Memorondumun əsasında ADHTİ və İU Azərbaycan Respublikasından olan həkim, doktorant və mütəxəsislərin cərrahiyyə, ortopediya və travmatologiya,mamalıq və ginekilogiya və digər tibb sahələri üzrə tərtib edilmiş tədris proqramları əsasında ixtisaslarının artırılması nəzərdə tutulmuşdur. Belə ki, bu cür qısamüddətli kursların həyata keçirilməsi üçün 3 illik pilot layihə hazırlanmışdır. Bunun üçün ADHTİ tərəfindən öncədən müəyyən edilmiş mütəxəssislərin siyahısı İU-nə təqdim ediləcək. Ayrı-ayrı ixtisaslar üzrə tədris 1, 3 və 6 ay müddətində və ya tam rezidentura proqramı üzrə aparılacaq, sonda qısamüddətli kursları bitirmiş dinləyicilərə İU tərəfindən sertifikat, rezidentura proqramını mənimsəmiş mütəxəssislərə isə Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən diplomlar təqdim olunacaqdır.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|