Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
2024/2025-ci tədris ili üçün təkmilləşdirmə kurslarının təqvim planı



Ünvan: Akad. Z.Əliyeva ad. Milli Oftalmologiya Mərkəzi, 6-cı mkr., Cavadxan küçəsi, m32/15, tel.: 569-09-38

2024/2025-ci tədris ili

Kursun adı

İştirakçılar

DTT krediti

Keçirilmə tarixi

Qəbul oluna bilən müdavimlərin sayı

277.

Gözün optik sistemi və onun hərəki aparatının xəstəlikləri

Həkim-oftalmoloq

60

16.09.2024-27.09.2024

15

278.

Gözün əlavə aparatının, buynuz qişa və skleranın xəstəlikləri

Həkim-oftalmoloq

60

30.09.2024-11.10.2024

15

279.

Damarlı qişanın, büllurun və şüşəvarı cismin xəstəlikləri.

Həkim-oftalmoloq

60

14.10.2024-25.10.2024

15

280.

Torlu qişanın və görmə sinirinin xəstəlikləri. Qlaukoma və oftalmohipertenziya.

Həkim-oftalmoloq

54

28.10.2024-07.11.2024

15

281.

Orbitanın xəstəlikləri. Göz almasının və onun əlavə aparatının zədələri və yanıqları.

Həkim-oftalmoloq

54

12.11.2024-22.11.2024

15

282.

Gözün optik sistemi və onun hərəki aparatının xəstəlikləri

Həkim-oftalmoloq

60

25.11.2024-06.12.2024

15

283.

Gözün əlavə aparatının, buynuz qişa və skleranın xəstəlikləri

Həkim-oftalmoloq

60

09.12.2024-20.12.2024

15

284.

Gözün əlavə aparatının, buynuz qişa və skleranın xəstəlikləri (Distant)

Həkim-oftalmoloq

60

09.12.2024-20.12.2024

15

285.

Diabetik retinopatiya: klinika, diaqnostika və müalicə (dövlət müəssisələrində çalışan bölgə həkimləri üçün).

Həkim-oftalmoloq

24

24.12.2024-27.12.2024

15

286.

Damarlı qişanın, büllurun və şüşəvarı cismin xəstəlikləri.

Həkim-oftalmoloq

60

06.01.2025-17.01.2025

15

287.

Torlu qişanın və görmə sinirinin xəstəlikləri. Qlaukoma və oftalmohipertenziya.

Həkim-oftalmoloq

54

21.01.2025-31.01.2025

15

288.

Orbitanın xəstəlikləri. Göz almasının və onun əlavə aparatının zədələri və yanıqları.

Həkim-oftalmoloq

60

03.02.2025-14.02.2025

15

289.

Gözün optik sistemi və onun hərəki aparatının xəstəlikləri

Həkim-oftalmoloq

60

17.02.2025-28.02.2025

15

290.

Gözün əlavə aparatının, buynuz qişa və skleranın xəstəlikləri

Həkim-oftalmoloq

54

03.03.2025-14.03.2025

15

291.

Torlu qişanın və görmə sinirinin xəstəlikləri. Qlaukoma və oftalmohipertenziya.

Həkim-oftalmoloq

60

31.03.2025-11.04.2025

15

292.

Orbitanın xəstəlikləri. Göz almasının və onun əlavə aparatının zədələri və yanıqları.

Həkim-oftalmoloq

60

14.04.2025-25.04.2025

15

293.

Gözün optik sistemi və onun hərəki aparatının xəstəlikləri

Həkim-oftalmoloq

54

28.04.2025-08.05.2025

15

294.

Gözün əlavə aparatının, buynuz qişa və skleranın xəstəlikləri

Həkim-oftalmoloq

60

12.05.2025-23.05.2025

15

295.

Damarlı qişanın, büllurun və şüşəvarı cismin xəstəlikləri.

Həkim-oftalmoloq

54

26.05.2025-06.06.2025

15

296.

Torlu qişanın və görmə sinirinin xəstəlikləri. Qlaukoma və oftalmohipertenziya.

(Səyyar: Şirvan MRX)

Həkim-oftalmoloq

54

09.06.2025-20.06.2025

15

297.

Uveitlər: klinika, diaqnostika və müalicə (dövlət müəssisələrində çalışan bölgə həkimləri üçün).

Həkim-oftalmoloq

24

23.06.2025-27.06.2025

15

298.

Damarlı qişanın, büllurun və şüşəvarı cismin xəstəlikləri (dövlət müəssisələrində çalışan bölgə həkimləri üçün).

Həkim-oftalmoloq

30

30.06.2025-04.07.2025

15



Oftalmologiya ixtisası üzrə kursların mövzuları:

  1. Gözün optik sistemi və onun hərəki aparatının xəstəlikləri: Gözün refraksiyası və akkomodasiyası, refraksiya anomaliyalarının eynək və lazer ilə korreksiyası, avtorefraktometriya və onun interpretasiyası, gözün kliniki refraksiyasının növləri, emmetropiya və ametropiyaların klinikası. Müştərək və paralitik çəpgözlüyün erkən diaqnostikasi və müalicəsi-çəpgözlüyün ümumi xarakteristikası və kliniki klassifikasiyası, müştərək çəpgözlüyün klinikası və müalicəsi, alternik çəpgözlük, akkomodasion çəpgözlük, paralitik çəpgözlük.
  2. Gözün əlavə aparatının, buynuz qişa və skleranın xəstəlikləri: Göz qapaqlarının xəstəliklərinin diaqnostikası və müalicəsi – göz qapaqlarının anadangəlmə anomaliyaları və qazanılma xəstəlikləri: klinika, xarici baxış, yandan işıqlandırma, biomikroskopiya, differensial diaqnostika və müalicə. Göz qapaqlarının iltihabi xəstəlikləri. Gözyaşı aparatının xəstəliklərinin diaqnostika üsulları və cərrahi müalicəsi. Konyunktivanın iltihabı və allergik xəstəlikləri müasir diaqnostika və müalicəsi. Skleranın xəstəlikləri klinika, diaqnostika və müalicəsi.
  3. Damarlı qişanın, büllurun və şüşəvarı cismin xəstəlikləri: Buynuz qişa və skleranın xəstəliklərinin diaqnostika və müalicəsi. Büllurun anatomiya və fiziologiyası. Kataraktanın müalicəsinin cərrahi üsulları,büllurun xəstəliklərinin klassifikasiyası, kataraktaların kliniki şəkli, katarakta qlaukoma ilə birgə olduqda müalicə növünün seçilməsi, anadangəlmə katarakta, gözdaxili korreksiyaya nisbi və mütləq göstəriş və əksgöstəriş, kataraktanın müasir mikrohəkim-cərrahiyyə müalicəsi. Şüşəvari cismin xəstəlikləri
  4. Torlu qişanın və görmə sinirinin xəstəlikləri. Qlaukoma və oftalmohipertenziya: Torlu qişanın damar xəstəliklərinin müasir diaqnostika və müalicəsi - torlu qişanın damar xəstəliklərinin təsnifatı. Torlu qişanın irsi və senil distrofiyaları: klinika, diaqnostika, müalicə- Torlu qişanın qopması: etiologiya, klinika, differensial diaqnostika və müalicəsi. Diabetik retinopatiyanın müasir diaqnostika üsulları və müalicəsi- optik koherent tomografiya (OKT), Yaşla bağlı makulodistrofiyanın müasir diaqnostika üsulları və müalicəsi. Torlu qışanın iltihab xəstəliklərinın klinika, diaqnostika və müalicəsi. Görmə siniri xəstəliklərinin klinika, diaqnostikası və müalicəsi. Ön və arxa işemik neyropatiyalar: epidemiologiya, təsnifatı, etiologiya, patogenez, klinika, diaqnostika. Görmə siniri yollarının toksik və iltihab xəstəlikləri. Görmə sinirinin irsi və anadangəlmə xəstəlikləri. Xiazmanın və retroxiazmal yollarının xəstəlikləri: klinika, differensial d-ka və müalicəsi-Qlaukomanın müasir diaqnostikasının aspektləri və cərrahi müalicə üsulları -gözdaxili təzyiqin təyini faktorları, həqiqi gözdaxili təzyiqin normativləri, tonometriya.
  5. Diabetik retinopatiya: klinika, diaqnostika və müalicəsi: optik kogerent tomografiya (OKT), diabetik angioretinopatiyanın müasir diagnostikası, fluorescent angiografiya (FAG), anti-VGEF preparatların intravitrial injeksiyaları: göstərişlər və əks göstərişləri, torlu qişanın lazerkoaqulyasiyaların müasir metodları və lazerların növləri, vitreoretinal cərrahiyə metodları.
  6. Uveitlər: klinika, diaqnostika və müalicəsi: Gözün damarlı qişasının kəskin və xroniki iltihab xəstəlikləri, uveopatiyalar, epidemiologiya, təsnifatı, etiologiya, patogenez, klinika, differensial diaqnostika:biomikroskopiya, oftalmoskopiya, makulanın OCT-si, FAQ, USM, doppleroqrafiya, konservativ, lazer və cərrahi müalicəsi.
  7. Orbitanın xəstəlikləri. Göz almasının və onun əlavə aparatının zədələri və yanıqları: Endokrin oftalmopatiya klinika, diaqnostika və müalicə. Orbitanın kəskin və xroniki iltihab xəstəlikləri. Orbitanın damar xəstəlikləri- epidemiologiya, təsnifatı, etiologiya, patogenez, klinika, differensial diaqnostika:biomikroskopiya, oftalmoskopiya, KT və müalicə. Göz almasının və onun əlavə aparatının zədələri: müasir diaqnostika usulları və müalicəsi. Göz almasının və onun əlavə aparatının yenitörəmələri: klinika, differensial diaqnostika və müalicəsi.


Qeyd: Oftalmologiya ixtisası üzrə fasiləsiz olaraq ən azı 5 il işləməyən həkimi üçün 8 həftəlik peşə hazırlığı (PH) kurslarının müraciətlər əsasında bütün tədris ili ərzində keçirilməsi nəzərdə tutulur.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX