Çexiyanın paytaxtı Praqa şəhərində 22.10.2025-24.10.2025 tarixində Tromboz və Hemostaz üzrə Avropa Konqresi (ECTH 2025 - European Congress on Trombosis and Haemostasis) keçirilmişdir.
Konqresdə ölkəmizdən olan nümayəndə heyətinə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının müdiri dosent Elmira Qədimova, səhiyyənin təşkili və menecmenti, pedaqogika kursu ilə kafedrasının müdiri professor Hikmət İbrahimli, mamalıq və ginekologiya kafedrasının assistenti Günel Əfəndiyeva, hematologiya kafedrasının baş laborantı Mina Adıgözəlova da daxil idilər.
Konqresdə dosent Elmira Qədimova “Hemostaz sistemi patologiyaları: Hemofiliya” movzusunda praktik təcrübəsi ilə dəyirmi masada bölüşmüş, professor Hikmət İbrahimli “Respublikamızda ağır hemofiliyalı pasientlərin müayinə və müalicəsinin təşkili haqqında” məlumat ilə çıxış etmişdir. Mamalıq və ginekologiya kafedrasından Günel Əfəndiyeva isə “Von Willebrand xəstəliyi olan qadınların hamiləlik və zahılıq dövründə müalicə taktikası və postpartum hemorragiyaya qarşı profilaktik tədbirlər” mövzusunda olan Workshop-Praktik seminarda öz təcrübəsindən danışmış, alınan nəticələrlə iştirakçılarla bölüşmüşdür. Əməkdaşlarımızın məlumatları maraqla qarşılanmışdır.