Əməkdaşımız Səmərqənd şəhərində konfransda çıxış etmişdir

20.10.2025

17-18 oktyabr 2025-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində «Modern interdisciplinary approaches in dermatovenereological and aesthetic medicine” beynəlxalq elmi-praktik konfransı keçirilmişdir. Bu konfransda 17 olkədən 40-dan çox məruzəçi çixış etmişdir. Məruzələr dermatovenerologiya və dermatokosmetologiyanın ən aktual problemlərinə həsr olunmuşdular. Tədbirdə ABŞ, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Tunis, Braziliya, Türkiyə, Azərbaycan, Cənubi Koreya, Çin, Hindistan və s. ölkələrdən 1100 iştirakçı var idi.
Bu konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının müdiri, Azərbaycan Dermatoveneroloqlar Assosiasiyasının prezidenti, t.e.d. Sənan Kərimov “Cовременные взгляды в понимании пустулезного псориаза” mövzusunda, kafedranın assistenti t.ü.f.d. Leyla Rzayeva isə “Генитальный склероатрофический лихен у женщин: an update” mövzusunda məruzələr ilə çıxış etmişlər. Eyni zamanda t.e.d. Sənan Kərimov paneldə moderator da olmuşdur.
Konfransın sonunda t.ü.f.d Leyla Rzayevaya Özbəkistan Dermatovenerologiya və Dermatokosmetologiya Assosiasiyasına fəxri üzvü sertifikatı təqdim edilmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX