Daşkənd şəhərində «Modern interdisciplinary approaches in dermatovenereological and aesthetic medicine” beynəlxalq elmi-praktik konfransı keçirilmişdir

20.10.2025

17-18 oktyabr 2025-ci ildə Özbəkistanın Səmərqənd şəhərində “Transformation of training, retraining and continuous postgraduate education of professional managers of the healthcare system of the Republic of Uzbekistan” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə diplomdan sonraki tibb təhsilinin aktual problemləri işıqlanmış, davamlı tibbi təhsil konsepsiyası müzakirə edilmişdir. Konfransda Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Rusiya, Almaniya və Böyük Britaniyanın səhiyyə menecmenti və postdiplom tibbi təhsil sahəsində çalışan mütəxəssisləri iştirak etmişlər.
Həmin konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mikrobiologiya və epidemiologiya kafedrasının müdiri t.ü.f.d Nigar Mütəlibova “Постдипломное медицинское образование в Азербайджане: современное состояние и перспективы” mövzusunda məruzə etmişdir. Məruzə maraqla dinlənilmiş, məruzəçi verilən sualları cavablandırmışdır.
Tədbir zamanı Nigar Mütəlibova “O’zbekiston 24” telekanalına konfransın əhəmiyyəti, ölkələrimiz arasında olan dostluq əlaqələri və gələcək işlər haqqında müsahibə də vermişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX