Ə.Əliyev adına ADHTİ-də Təməl Həyat Dəstəyi kursları davam edir

20.10.2025

Azərbaycanda tibbi yardım sisteminin təkmilləşdirilməsi prosesində tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə 2022-ci ildən Ə.Əliyev adına ADHTİ-nin müvafiq kafedralarında təşkil olunmuş Təməl həyat dəstəyi (Basic Life Support-BLS), Təkmil həyat dəstəyi (ALS) və Təkmil kardiovaskulyar həyat dəstəyi (ACLS) kursları ilə yanaşı EKQ kursları, Kiçik cərrahi əməliyyatlar, Tibbi tullantıların idarə olunması, Xəstəxana öncəsi travma həyat dəstəyi, Travmalarda təkmil həyat dəstəyi (ATLS), Mamalıqda təkmil həyat dəstəyim (AİSO), Neonatal reanimasiya proqramı (NRP), Təkmil pediatrik həyat dəstəyi (PALS), İnfeksion nəzarət, Mikrobioloji laborator müayinə üçün materiallarla iş, Disstres hallarda psixoloji dəstək, Fövqəladə halların idarə oluunması, Ailə həkiminin işinin təşkili, Laparoskopik cərrahiyyə üsulları, Spirometriya, Elektroensefaloqrafiya, Elektromioqrafiya kursları keçirilir. Kurslar öncədən təlimatlandırılmış institutun əməkdaşları tərəfindən aparılır. Həmin kurslarda standart alqoritmlərə uyğun böyüklər, uşaq və körpələrdə aparılan reanimasion tədbirlər, cihazlardan istifadə, metodika və manipulyasiyaların düzgün tətbiqinə dair geniş məlumatlar təqdim edilir, manekenlər üzərində əyani nümayiş olunur. Kursun sonunda praktiki məşğələlərdə müdavimlərə manekenlər üzərində sərbəst işləmək imkanı da yaradılır. Bu günə qədər kurslarda 520 nəfər müdavim və stajorlar iştirak ediblər.
Yeni 2025/2026-cı tədris ilində də bu praktikanın davam etdirilməsi nəzərdə tutulmuşdur. İnstitut kafedralarında ixtisasartırma kurslarında iştirak edən bütün müdavimlərə 1 günlük Təməl həyat dəstəyi kurslarının aparılması planlaşdırılmışdır. Tədris ilinin başlanğıcından artıq bir neçə belə kurs həyata keçirilmişdir. Kursların keçirilməsinin praktik səhiyyə mütəxəssislərinə faydalı olacağı şübhəsizdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX