Əməkdaşımız Yurmala şəhərində "New Wave in Dermatoscopy and Dermatooncology" beynəlxalq konqresində çıxış etmişdir
06.10.2025
2-4 oktyabr 2025-ci il tarixində Latviya Respublikasının Yurmala şəhərində "New Wave in Dermatoscopy and Dermatooncology" beynəlxalq konqresi keçirilmişdir. Bu konqresdə dünyanın 13 ölkəsi 300-dən çox iştirakçı, 17 məruzəçi ilə təmsil olunmuşdu. Məruzələrdə dermatologiya, dermatoonkologiya və dermatoskopiyanın ən aktual problemləri haqqında məlumat verilirdi. Tədbirin birinci günü 3 boyük master-klass keçirildi.
Konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının müdiri, Azərbaycan Dermatoveneroloqlar Assosiasiyasının prezidenti, tibb elmləri doktoru Sənan Kərimov paneldə həm moderator, həm də məruzəçi qismində iştirak etmişdir. Onun "Epigenetic and Bazal cell carcinomas" məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.