XI Bakı Beynəlxalq Kitab Sərgisində “Tireoidologiya və incəsənət” kitabının təqdimatı keçirilmişdir

04.10.2025

Xəbər verildiyi kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. Sərgi müddətində 250-dən çox tədbirin təşkili nəzərdə tutulmuşdur. Həmin tədbirlərdə dünyanın bir çox ölkələrindən olan görkəmli yazarlar və elm adamlarının əsərlərinin təqdimatı keçirilir.
Belə təqdimatlardan biri də bu gün baş tutmuşdur. Beləki, Bakı Ekspo Mərkəzinin “Bəxtiyar Vahabzadə” təqdimat zonasında “Tireoidologiya və incəsənət” kitabının təqdimatı keçirilmişdir. Təqdimatın açılışını “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı etdi. Kitab Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının əməkdaşlarının birgə əməyinin məhsulu kimi ərsəyə gəlmişdir. Təqdimatda kitabın həmmüəllifləri olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri t.e.d. Valeh Mirzəzadə, həmin kafedranın dosenti, Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədr müavini t.ü.f.d. Sədaqət Sultanova, kafedranın assistenti, Azərbaycan Diabet Cəmiyyətinin sədri t.ü.f.d. Aygün Hüseynova və “Şərq-Qərb” nəşriyyatının departament direktoru Sevil İsmayılova çıxış etdilər. Kitabın diğər həmmüəllifləri olan institutun terapiya kafedrasının doktorantı Abbasova Leyla, baş laborantları Əliyeva Aygün, İsmayılova Sevil və “Yovşan” klinikasının baş həkimi Xoşbəxt Ağayeva da təqdimat mərasimində iştirak edirdilər. Təqdimat maraqla qarşılandı və sərgidə iştirak edən yerli və xarici qonaqlar kitab ilə yaxından tanış oldular.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX