Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahov Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında əsaslı təmirin gedişi ilə tanış olmuşdur
03.10.2025
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə klinikası 20.03.1988-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində klinikanın əməkdaşları institutun elmi-praktik və klinik bazalarından biri olaraq əhaliyə yüksək səviyyəli cərrahi tibbi yardımın göstərilməsi sahəsində fəal iştirak etmişlər. Azərbaycan Respublikası Səhiyyə nazirinin 16 yanvar 2014-ci il tarixli 6 saylı “Plastik və rekonstruktiv cərrahiyyə klinikasının yaradılması barədə” əmri ilə yanıqlar, travmalar və digər xəsarətlər nəticəsində meydana çıxan müxtəlif qüsürların cərrahi yolla müalicəsinin təşkili məqsədilə Ə.Əliyev adına ADHTİ-nin Cərrahiyyə klinilasının adı dəyişdirilərək Ə.Əliyev adına ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası adlandırılmışdır.
Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan Respublikasının Səhiyyə naziri cənab Teymur Musayevin göstərişinə əsasən həmin klinikada əsaslı təmir işlərinə başlanılmışdır. Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahov təmirin gedişi ilə tanış olmaq üçün klinikada olmuşdur. Klinikanın yeni təyin olunmuş baş həkimi Dilqəm Məmmədov və təmirə məsul şəxslər rektora hal-hazırki vəziyyət haqqında məlumat vermiş, tikinti gedən sahələri ona göstərmişlər. Professor Nazim Pənahov təmirin nəzərdə tutulan müddət ərzində bitirilməsinin önəmli olmasını bir daha qeyd etmişdir. Rektor klinikanın əməkdaşlarlı ilə də görüş keçirmiş, qarşıya çıxan problemlərin həll olunması üçün birlikdə çalışmağın vacıb olduğunu söyləmişdir.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.