Əməkdaşımız Dublində keçirilən Avropa Üz Plastik Cərrahiyyə Akademiyasının 48-ci illik yığıncağında çıxış etmişdir

30.09.2025

23-27 sentyabr 2025-ci il tarixlərində İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Üz Plastik Cərrahiyyə Akademiyasının 48-ci beynəlxalq illik yığıncağı (EAFPS 2025) keçirilmişdir. Bu toplantı dünya üzrə ən nüfuzlu plastik cərrahları və otorinolarinqoloqları bir araya gətirən ənənəvi elmi platformadır və elmin son yeniliklərinin təqdim edildiyi beynəlxalq miqyaslı hadisə kimi böyük əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrindən gəlmiş yüzlərlə iştirakçı bu tədbirdə rinoplastika, üz plastikası, estetik rekonstruksiya və funksional cərrahiyyə sahəsində ən son yeniliklərlə tanış olmaq imkanı qazanmışdır.
Toplantıda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının dosenti Məzahir Quliyev “İnnovativ Rhino-Graft texnikası və Piezo osteotomiya metodikası ilə revizyon rinoplastikada yanaşma” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə həm yeni innovativ yanaşma olan Rhino-Graft tətbiqi texnikası və həm də ilk dəfə təklif olunmuş yeni fiksasiya metodu haqqında məlumat verilmişdir. Bu zaman patenti alınmış xüsusi alətlə icra edilən Piezo Guiding Osteotomy metodikası da ətraflı təqdim olunmuşdur. Çıxış zamanı qeyd edilmişdir ki, bu yanaşmalar revizion rinoplastika əməliyyatlarında rast gəlinən çətinliklərin qarşısını almaqda, əməliyyat sonrası estetik və funksional nəticələrin daha dəqiq və etibarlı əldə olunmasında mühüm rol oynayır.
Məruzə həmkarlar tərəfindən böyük maraqla qarşılanmışdır. Bu zaman toplantıda iştirak edən mütəxəssislər Azərbaycan nümayəndəsinin elmi yanaşmasını rəğbətlə qarşılamış, təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi qeyd etmişlər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX