28-30 avgust 2025-ci il tarixlərində Bakıda Gastroeneterology Summit – 2025 keçirilmişdir. 26 ölkədən 260-dan artıq iştirakçısı olan bu tədbir 28 avgust 2025-ci ildə ildə iki canlı trening ilə başlanmışdır: professorlar Heba Al-Farhan (Küveyt) və Tarkan Karakan (Turkiyə) rəhbərliyi ilə Hands on Course Intestinal Ultrasound və professorlar Serhat Bor (Turkiyə) və Mohamed Alboraie (Misir) rəhbərliyi ilə Hands on Course Gastrointestinal Motility.
GastroSummitin acılışında METAP-CIS-in prezidenti professor Serhat Bor qeyd etmişdir ki, inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrin tibbi ehtiyacları üzrə ixtisaslaşmış bir neçə təşkilat (məsələn, Ümumdünya Qastroenterologiya Assosiasiyası) olsa da, bu ölkələrdə yaşayan həkimlərin ehtiyaclarına uyğunlaşdırılmış çox az diaqnostika və müalicə təlimatları vardır. Bu ehtiyacları anlayan və resursları məhdud olan ölkələrin reallıqlarına uyğunlaşaraq daha praktik və praqmatik yanaşmalar inkişaf etdirə bilən ixtisaslaşmış strukturlara ehtiyac var. Qastro Sammiti (METAP-MDB) bu ehtiyaclara cavab olaraq yaradılıb və qastroenterologiya sahəsində resursları məhdud olan ölkələrdə diaqnostika və müalicəyə innovativ yanaşmaları müəyyən etmək və həyata keçirmək məqsədi daşıyır. Bundan əlavə, o, iştirakçı ölkələrdən gənc və perspektivli mütəxəssislərin təhsilini, əməkdaşlığını və ünsiyyətini təşviq etmək məqsədi daşıyır. Professor Serhat Bor ayrıca olaraq bu ilki sammitin kecirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Milli təmsilcisi - Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitututnun terapiya kafedrasının dosenti Gülüstan Babayevaya xüsusi təşəkkürünü bildirmişdir.
Sammitdə iştirak edən xarici həmkarlar arasında Latviyanın səhiyyə naziri Hossam Abu Meri “H.Pylori Resistance to Antibiotics: A Global Threat” mövzusunda olan çıxışında ayrıca Azərbaycan həkimlərinin Avropa H.Pylori registrındaki və TOGAS proqramında olan faydalı fəaliyyətlərini xüsusi olaraq qeyd etmişdir.
Sammitdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantı həkim-qastroenteroloq Rəşad Həsənovun təqdim etdiyi “Non-Celiac Wheat Sensitivity” çıxışı böyük maraqla qarşılanmışdır.