03-05 iyul 2025-ci il tarixlərində Moskva şəhərində Beynəlxalq iştirakla Rusiya Revmatoloqlarının IX Qurultayı keçirilmişdir. Tədbirdə MDB ölkələri, Avropa və Asiyadan olan aparıcı mütəxəssislər bir araya gəlmişlər. Qurultayda əsas diqqət fərdiləşdirilmiş tibbə, yəni revmatik xəstəlikləri olan xəstələrin müalicəsinə fərdi yanaşmaya yönəldilmişdir. Çıxış edənlər revmatologiyada müasir texnologiyaların tətbiqi, həmçinin diaqnostika və effektiv terapiyaya kömək edən immunologiya və biologiya sahəsində biliklərlə bağlı bir sıra məsələləri müzakirə etmişlər.
Qurultay iştirakçıları arasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının assistenti Fidan Qasımova da olmuşdur. O, qurultay çərçivəsində iltihabi oynaq xəstəliklərinin müalicəsində yeni innovativ yanaşmalara, müxtəlif ixtisaslararası əməkdaşlığa və revmatik patologiyaları olan pasiyentlərdə fərdi terapiyanın tətbiqinə həsr olunmuş dəyirmi masalarda iştirak etmişdir.